Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbdə böyük qalmaqal: ABŞ Merkeli gizli yolla dinləyirmiş...
Angela Merkel

Kəşfiyyat sahəsində dostluq olmur. Qərbdə yaşanan yeni qalmaqal da bunu sübut edir. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi müttəfiq adlandırdığı ölkələrin parlament nümayəndələrini və yüksək vəzifəli məmurlarını dinləyirmiş.

Bizimyol.info xəbər verir ki, Birləşmiş Ştatlar məqsədinə çatmaq üçün Danimarkanın elektron müşahidə sistemlərindən istifadə edib. İndi bütün Avropa mətbuatı bundan danışır. Qurbanlardan biri olan Fransanın “Le Monde” qəzeti də qalmaqala böyük yazı həsr edib.

Məqalədə istintaq materiallarından bəhs olunub. Materiallar Avropanın bir çox nəşrləri üçün əlçatan olub. Bu sırada “Le Monde” də var.

Hamıdan əvvəl Danimarkanın İctimai Televiziyası (DR) reportaj hazırlayıb. İstintaq materiallarından məlum olur ki, Milli Təhlükəsizlik Agentliyi avropalı siyasətçiləri 2012-ci və 2014-cü illərdə güdməyə başlayıb. Bunun üçün sualtı telekommunikasiya kabellərindən istifadə olunub. ABŞ bunun üçün Danimarka ilə razılıq əldə edib.

Birləşmiş Ştatların əsas hədəflərindən biri Almaniyanın kansleri Angela Merkel olub. Bundan başqa, 2009-cu və 2013-cü illərdə kansler postuna namizədlər – Frank-Valter Ştaynmayer və Per Ştaynbryuk da qurbana çevrilib.

DR məxfi hesabata çıxışı olan bir çox mənbələrlə danışıb. Belə anlaşılır ki, ABŞ müəyyən mənada Danimarkanı aldadıb. Vaşinqton Kopenhageni Edvard Snouden qalmaqalından sonra öz məqsədləri üçün istifadə etməyi bacarıb. “Danxammer” adlı hesabatda Danimarkanın ayrı-ayrı epizodlarda necə sadəlövhlük göstərdiyi yer alıb.

ABŞ-ın xüsusi əməliyyatından təkcə alman siyasətçilər zərər görməyib. Fransa, Norveç və İsveçdən olan bəzi məmurlar da dinlənilib. DR onların adlarını müəyyənləşdirə bilməyib.

“Le Monde” Milli Təhlükəsizlik Agentliyinin və Danimarka hərbi kəşfiyyat xidmətinin məsələyə münasibətini öyrənməyə çalışıb. Təşkilatlardan heç biri şərh vermək istəməyib. Təkcə Danimarkanın Müdafiə naziri Trine Bramsen deyib ki, müttəfiqlərin sistematik dinlənilməsi yolverilməzdir.

Dinlənilənlərdən Ştaynbryuk təəccübünü gizlətməyib. Alman siyasətçi danimarkalıların onu nə vaxtsa dinləyəcəyini ağlına gətirmədiyini bildirib.

İsveçin Müdafiə naziri Peter Xultkvist çox sarsıldıqlarını deyib. Nazir danimarkalı həmkarından izahat tələb edib.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »