Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranın 2 milyon barel neftini satıb
Neft hasilatı

ABŞ Birləşmiş Ərəb Əmirliklərinin sahillərində saxlanılan “Achilleas” tankerindəki İran neftini satıb.

Bu barədə “Associated Press” məhkəmə sənədlərinə istinadən xəbər verir.

Tanker fevral ayında Füceyrə əmirliyi sahillərində ABŞ tərəfindən saxlanılıb. Məhkəmə sənədlərinə görə, gəmi ABŞ-ın terrorla mübarizə qanunlarına uyğun olaraq müsadirə edilib.

Amerika rəsmiləri iddia edir ki, ABŞ-da terror təşkilatı elan edilən İslam İnqilabı Keşikçiləri Korpusunun tankeri Çinə neft satmaq üçün istifadə edilib.

Prokurorlar bildirib ki, İran nefti İraq nefti kimi təqdim olunub. Nəticədə “Achilleas” tankeri Texas ştatının Hyuston şəhərinə aparılıb, 2 milyon bareldən çox xam neft 110 milyon ABŞ dollarına satılıb.(report)

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »