Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Haqqı ödənilən ictimai işlərə 930 nəfər cəlb edilib” - Əmək Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Özünüməşğulluq proqramına 4666 nəfər cəlb edilib. Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı da daxil olmaqla hədəf qruplarına aid 430 nəfərə (işədüzəltmə) göndəriş verilib. Haqqı ödənilən ictimai işlərə 930 nəfər cəlb edilib”.

Bu barədə bizimyol.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıblı danışıb. O, qeyd edib ki, NK-nin 13.01.21 tarixli Qərarı ilə hərbçilərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması məqsədilə ƏƏSM nazirinin sədrliyi ilə komissiya yaradılıb. Komissiya hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirilməsi, aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi, sənədlərin sürətlə rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin e-sistemə daxil edilməsi və nəticə olaraq əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsi funksiyasını yerinə yetirir.

“01.01.2021-ci il tarixindən Prezidentin aylıq təqaüdləri:

- Şəhid ailəsi üçün - 300 manatdan 500 manata çatdırılıb (o cümlədən 20 Yanvar şəhidlərinin və Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcu yerinə yetirərkən həlak olanların ailələri üçün).

- Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə ilə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üçün - 250 manatdan 400 manata, II dərəcə üçün - 230 manatdan 350 manata, III dərəcə üçün - 210 manatdan 300 manata çatdırılıb.

- Milli Qəhrəmanlar üçün - 1500 manatdan 1800 manata, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb.

- “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü təsis olunub - 2000 manat” deyə nazirliyin mətbuat katibi Fazil Talıblı bildirib.

F.Talıblının sözlərinə görə, bir sıra kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri optimallaşdırılmış və artımlar müəyyən edilib.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na 20 noyabr 2020-ci il tarixdə dəyişiklik edilməklə, şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib. Hərbi qulluqçuların əlilliyinin operativ qiymətləndirilməsi məqsədi ilə Komissiyanın yaradılması üçün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli 7 nömrəli Qərarı qəbul edilib.

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi ilə bağlı Komissyanın yaradılması üçün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarı qəbul edilib.

Bizimyol.info

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »