Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Quba yolu təhlükə mənbəyidir - Foto, Video
Bakı-Quba-Rusiya sərhədi trassı

Bakı-Quba-Rusiya Federasiyası yolu uzun illərdir ki, həll edilməsi müşkül olan problemə çevrilib. Hələ “Azəravtoyol” dövründən təmirinə başlanılan yol heç bir vəchlə tamamlanmır.

Ölkə başçısı da müxtəlif illərdə bu yolun təmiri, bərpası işləri ilə yaxından maraqlanıb. Ancaq görünən odur ki, yol hissə-hissə təmir edildiyi üçün, bir tərəfin təmiri başa çatana qədər digər hissə sıradan çıxır. Bunu mütəxəssislər yolda ağırtonnajlı avtomobillərin müntəzəm hərəkəti ilə izah edirlər.

Bizimyol.info xəbər verir ki, bu gün Bakı-Quba-Rusiya Federasiyası yolu acınacaqlı haldadır. Yolda əvvəllər hərəkət sürəti saatda 110 km olsa da, hazırda bu rəqəm 90 km -ə endirilib. Problemin həllini sürət həddinin azaldılmasında görən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təəssüflər olsun ki, hərəkət iştirakçılarının vəziyyətini nəzərə almır.

Hazırda yolun Bakı istiqamətində olan hissəsi hərəkət iştirakçıları üçün təhlükə mənbəyidir. Yol dağıldığı üçün üst-üstə asflat örtüyə vurulan yamaqlar vəziyyəti daha da gərginləşdirir. Yolun sağ zolağı tamamilə sıradan çıxdığı üçün ağırtonnajlı avtomobillər sol zolaqla hərəkət etməsi qəza şəraiti yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə çarəni yolları yamamaqda görür. Bu barədə dəfələrlə yazılsa da, hələ ki, heç bir nəticə yoxdur. Yolda vəziyyət “köhnə hamam, köhnə tas” məsəli kimidir.

Bizimyol.info

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »