Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək Nazirliyi: "Mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsinə başlanıb"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Prezident İlham Əliyevin göstərişinə əsasən məcburi köçkünlər üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsinə başlanıb”.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı şəhid ailələri və müharibə əlillərinə mənzil verilməsi prosesi başladılıb. O, qeyd edib ki, 25 fevral 2021-ci il tarixində Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə Prezident İlham Əliyevin iştirakı ilə mənzillərin təqdim olunması tədbiri keçirilib. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibənin əlilləri 5 il ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaq (11 min mənzil və fərdi ev, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev).

“2021-ci ilin planı üzrə artıq 470 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. Ümumilikdə isə ötən dövrdə 9670 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin dövlət tərəfindən avtomobillə təminatı tədbirlərinin davamı kimi, nazirlik tərəfindən onlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verilib. Ümumən indiyədək onlara 7200-dən çox avtomobil verilib”.

Fazil Talıblı həmçinin bildirib ki, 2950 ailəyə (10 min ailə üzvü) psixo-sosial dəstək göstərilib, psixoloji konsultasiyalar keçirilib.

“Onlayn psixoloji xidmət” (050 406 75 85) göstərilir. Zənglərə 5 psixoloq cavab verir. 1565 zəng cavablandırılıb, o cümlədən psixoloji xidmətlə bağlı 1067 zəng qəbul edilib (zənglər əsasında 70 şəxs psixiatra yönləndirilib, 43 şəxsin evində əyani psixoloji dəstək göstərilib).

Reabilitasiya Müəssisələrində 1300 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 715 müharibə əlili 4720 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.

Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb: Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edildiyini vurğulayan Prezident İlham Əliyev 300-dən çox qazimizin bu protezlərlə təmin ediləcəyini deyib.

Həmçinin 2019-2020-ci illərdə 11 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 2021-ci ildə də 4 reabilitasiya və sosial xidmət müəssisəsinin (Şağan Reabilitasiya Pansionatı (25.02.21-ci ildə istifadəyə verilib), Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi) açılması nəzərdə tutulub. Şağan Reabilitasiya Pansionatının açılışında Prezident İlham Əliyev, "Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək" deyib” - deyən nazirlik rəsmisi vurğulayıb ki, 2021-ci ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq 30 minə çatacaq (2018-ci ildə 10 min nəfər olub).

Nazirlik ailə üzvlərindən əlilliyi olan və sağlamlıq imkanları məhdud 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayırıb. Sosial tərəfdaşlar tərəfindən 110 mindən çox ərzaq payı həssas qruplara verilib (H.Əliyev Fondu 100 min, “Bravo” 10 min, UNİCEF 2 min ailəyə ərzaq payı çatdırıb).

Bizimyol.info

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »