Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədən sonra 21000 şəxsə 30000 xidmət göstərilib - Əmək Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Postmüharibə dövründə sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri; müharibədə yaralanmış hərbçilər, müharibə əlilləri; erməni terrorundan zərər çəkənlər; müharibə iştirakçıları; qeyd olunan şəxslərin yaxınları daxil olmaqla 21000 şəxsə 30000 xidmət göstərilib.

Bu barədə Bizimyol.info saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib. Onun sözlərinə görə, hədəf qrupları ilə görüşülür, hüquqlarına dair məlumat verilir.

Şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının hüquqları, sosial dəstək tədbirləri ilə bağlı məlumatlılığın artırılması üçün nazirliyin saytında (sosial.gov.az) bölmə yaradılıb. Bununla yanaşı, hədəf qruplarının sosial hüquqları, güzəştləri, göstərilən dəstəklə (ödəniş təyinatları, sosial-psixoloji xidmətlər, məşğulluq və s.) barədə KİV-də məlumatlar yayımlanır, müsahibələr verilir, sorğular (o cümlədən sosial şəbəkələrdə) cavablandırılır.

“Sosial mediada çətin maddi durumu barədə məlumat paylaşılan hədəf qrupları ilə ünvanlarında görüşlər keçirilir, onlara dəstək tədbirləri barədə ictimaiyyət məlumatlandırılır. Bu mövzuda 500-dək press reliz və post KİV-də geniş yayılıb. Bakı Sağlamlıq Mərkəzində və MN-nin hospitalında müalicə olunan, habelə amputasiya olunmuş qazilərlə görüşlər keçirilib, gələcək reabilitasiya işləri barədə onlara məlumat verilib”.

Fazil Talıblı qeyd edib ki, bu günə qədər yaralanmış qazilərin 81 faizi ilə görüş keçirilib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsində yaralanan hərbçilərlə evlərində görüşlər keçirilir. Bu görüşlərdə eyni zamanda, onların və ailələrinin sosial təminat hüquqlarının reallaşdırılması üçün monitorinqlər aparılır:

“Yataq xəstələrinin, amputasiya olunmuşların, sərbəst hərəkət edə bilməyən və kənar şəxslərin köməyinə ehtiyacı olanların, psixoloji yardıma və reabilitasiya vasitələrinə ehtiyacı olanların,sosial vəziyyəti yaxşı, orta və ya pis olanların sayı müəyyənləşdirilir”.

Nazirlik rəsmisi həmçinin bildirib ki, bu günə qədər 2867 şəhidin 7326 ailə üzvünə 13598 sosial ödəniş - pensiya (2127), müavinət (4293), təqaüd (7178)) təyinatı aparılıb. Proses yekunlaşmaq üzrədir. Mülki şəhidlərin (93 şəhid) 206 ailə üzvünə 400 sosial ödəniş təyin edilib. Müharibə ilə əlaqədar 416 qaziyə əlillik və bununla əlaqədar sosial ödənişlər təyin edilib.

Bizimyol.info

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
Son xəbərlər
Bütün xəbərlər »