Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərtər rayon İcra Hakimiyyətindən "kobud davranış" ittihamına cavab
Müstəqim Məmmədov

Bizimyol.info xəbər verir ki, Tərtər rayon icra hakimiyyəti saytımızda da dərc olunan "kobud davranış" xəbərinə reaksiya bildirib. İcra hakimiyyətinin açıqlamasını təqdim edirik:

"31 may 2021-ci il tarixdə “Bizimyol.info” saytında “Tərtər icra başçısının vətəndaşlarla kobud davranışı” başlığı altında çəkiliş yerləşdirilmişdir. Həmin çəkilişlə bağlı bildiririk ki, respublika Prezidentinin müvafiq Sərəncamına əsasən uzunluğu 48 km olan 4 hərəkət zolaqlı Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qiymətləndirmə şirkətinin əməkdaşları ilə birlikdə siyahıyaalma işləri aparmışdır. Bu zaman müəyyən olunmuşdur ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur ki, onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür. Layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq avtomobil yolunun tikintisi altına düşən və kompensasiya ödənilməyən həmin obyektlərin tikinti zolağından uzaqlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 05 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olmuşdur. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu isə sahibkarların etirazına səbəb olmuşdur.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol” adlanan ərazidə olmuş, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən telefonla çəkiliş etməyə başlamışlar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikəri üçün onlara çəkiliş etməyə icazə verilməmişdir. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirmişdir ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür."

Qeyd edək ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun vətəndaşlarla görüşündə bəzi vətəndaşlar tərəfindən videoçəkiliş edilib. Görüntülərdə vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildiriblər.

Bizimyol.info

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »