Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli alimlərin hazırladığı vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq
Türkiyəli alimlərin hazırladığı vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq

COVID-19 xəstəliyi əleyhinə Türkiyəli alimlər tərəfindən tapılan vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq.

APA-nın məlumatına görə, bu barədə bu gün TƏBİB İdarə Heyəti yanında Tibbi Elmi Komitə ilə Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla mübarizə Elmi Şurası arasında hazırkı vaksinasiya prosesinin müzakirəsi edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə videokonfrans formatında keçirilən görüşdə fakir mübadiləsi aparılıb və razılığıa gəlinib.

Bu istiqamətdə atılacaq növbəti addımların Türk Sağlamlıq İnstitutları (TÜSEB) Başkanı, professor Erhan Akdoğan və TƏBİB-in Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev tərəfindən koordinasiya edilməsi qərarlaşdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »