Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Rusiya və Çin üçün acı sürpriz...
Pentaqon, ABŞ Müdafiə Nazirliyi

Texnologiyanın böyük sürətlə inkişafı ortaya yeni reallıq çıxardı. İndi həm də süni intellektlə hesablaşmaq lazımdır. Xüsusilə hərbi sahədə bu reallıqla barışmağa başlayıblar.

Böyük dövlətlər məsələnin nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayır. Elə Azərbaycan dövləti olaraq Türkiyə PUA-larının istifadəsi zamanı texnoloji inkişafın nə demək olduğunu həm biz, həm də bütün dünya bir daha gördü. Dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyanın müdafiə sistemləri bu kiçik cihazların qarşısında aciz qaldı.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın “The National Interest” jurnalı süni intellektin hərbi sənayedəki rolu barədə yazı hazırlayıb. Məqalədə Birləşmiş Ştatların bu məsələyə yanaşması əks olunub. Müəllif Kris Osborn süni intellekt bazasında xüsusi sistemlərin yaradılmasından, silahların istehsalından bəhs edib.

“İnsan-maşın tandemi çox böyük əhəmiyyət daşıyır. Uzunmüddətli, böyük perspektivlər üçün başqa optimal variant görünmür. Heç şübhə yoxdur ki, kompüterlər, süni intellektə söykənən analitik sistemlər insanlardan daha effektli işləyir. Çünki insanların üzərinə böyük yük düşür. Süni intellekt sayəsində yaranan sistemlər isə millisaniyə ərzində milyonlarla işi həyata keçirə bilər. Bu həm də zamanın effektli idarə olunması və vaxta qənaətdir”.

Yazıda əsas vurğulanan məqam odur ki, ABŞ süni intellektə söykənən sistemləri Rusiyaya və Çinə qarşı istifadə etmək istəyir. “The National Interest” yeni nəsil döyüş maşınları üzrə işçi qrupun direktoru Ross Koffmanın mövqeyinə yer verib. General-mayor gələcək savaşlar üçün robotlar istehsal olunduğunu gizlətməyib. Onun sözlərinə görə, bu sahədə ehtimal olunandan da çox iş görülür. Modernləşmə tam sürətlə gedir.

Perspektiv komandanlığın rəhbəri Con Mürrey Koffman qədər nikbin danışmayıb. General deyib ki, istənilən halda insan əməyinə böyük ehtiyac var. Onun sözlərinə görə, onsuz da ən vacib işləri insanlar həyata keçirəcək.

Kris Osborn yazının sonunda yenə fikrində qalıb. Müəllif bildirib ki, ABŞ süni intellektə güvənərək hərbi sənayesini xeyli inkişaf etdirə biləcək. Məsələn, sualtı gəmilərlə bağlı yeni nəfəs gələcək. Bütün bunlar isə gələcək qarşıdurmalarda ABŞ-ın çox işinə yarayacaq. Yeni nəsil döyüş robotları Rusiya və Çini dizi üstə qoymaq gücündədir.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »