Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhmədinejatın müavini sui-qəsd nəticəsində qətlə yetirildi
Mahmud Əhmədinejad

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın İmamzadə Saleh ziyarətgahında abadlıq işləri üzrə müavini Səid Tahiri mayın 30-da naməlum şəxsin silahlı hücumu nəticəsində qətlə yetirilib.

News.gooya.com xəbər verir ki, naməlum şəxs dünən səhər saatlarında tapança ilə üç dəfə Səid Tahiriyə atəş açıb.

Məlum olub ki, o, cinayəti törətdikdən az sonra Cəmşidiyyə parkında əynindəki paltarları tələsik dəyişərək hadisə yerindən qaçıb.

Qarnından və bədəninin digər nahiyələrindən üç güllə yarası alan Səid Tahiri aparıldığı xəstəxanada ölüb.

Cinayəti törədənin kimliyi müəyyənləşdirilməyib. Hadisənin S.Tahirinin siyasi fəaliyyəti ilə bağlı olması istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »