Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq arvadını öldürən hakimin vəkillərinə xəbərdarlıq etdi
Baş Prokurorluq

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlamasına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək:

“Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

F.Əhmədovun vəkili isə mətbuata açıqlamasında iddia edib ki, hadisə qətl deyil, ehtiyatsızlıqdan baş verib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »