Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Zəngəzurda fəallaşıb: "Rusiya Türkiyə ilə üz-üzə gəlmək istəmir"
Türkiyə və Azərbaycan bayraqları

“Rusiyanın Zəngəzurda, Ermənistan-Azərbaycan sərhədində hərbi hissə qurması bir növ Azərbaycana qarşı təzyiqdir. Amma bu heç də o demək deyil ki, Azərbaycanla Rusiya arasında bir savaşın olma ehtimalı var və ya bu savaş məqsədi ilə qurulur”.

Bu fikirləri politoloq Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Ermənistan və Rusiya arasında hərbi sahədə dərin əməkdaşlıq mövcuddur və Rusiya da bunu əsas gətirərək məhz orada hərbi hissə qurmağı qarşılarına məqsəd qoyublar.

Samir Hümbətov Samir Hümbətov

“Görünən odur ki, bu Azərbaycana qarşı təzyiq vasitəsi olsa da, onların əməkdaşlığının nəticəsi kimi qurulur. Hesab edirəm ki, Azərbaycan buna öz kəskin etirazını bildirməlidir. Son günlər Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatların fonunda öz etirazını bildirməlidir ki, məhz onlar bu arxayınlığın nəticəsi olaraq Azərbaycanla sərhəddə müxtəlif formalı təxribatlar həyata keçirirlər. Hesab edirəm ki, onlar qarşılarına hərbi hissə qurmağı məqsəd qoyublarsa, bunu edəcəklər. Biz buna qarşı tədbirimizi görməliyik”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin Ermənistanla və ya Azərbaycanla sərhəddində hərbi hissə qurmaq imkanlarını artırmalı və şərait yaratmalıyıq.

“Düzdür, bizim sərhədimizi qorumaq üçün Sərhəd Qoşunlarımız var. Amma Türkiyənin hərbi hissəsini Dağlıq Qarabağda, Ermənistana yaxın ərazidə yerləşdirməsi Rusiya üçün çəkindirici mövzu ola bilər. Azərbaycan bu kartdan istifadə etməlidir. Gücə qarşı güclə cavab vermə prinsipinə əməl etsək, bu Rusiyanın və Ermənistanın qarşısında əsas maneə kimi dura bilər. İndiki halda təkcə Azərbaycanın Rusiyanı hansısa formada razılığa gətirib hərbi hissənin orada qurulmasının qarşısını almaq imkanı yoxdur. Amma Azərbaycan və Rusiya arasında açıq qarşıdurmanın olması ehtimalı çox azdır. Çünki belə bir qarşıdurmanın baş vermə ehtimalı olarsa, bu Rusiyanın özü üçün siyasi, hərbi, iqtisadi baxımdan böyük və ağır zərbə ola bilər. Çünki Azərbaycanla qardaş dövlət Türkiyə var və Rusiya bu və ya digər formada Türkiyə ilə üz-üzə gəlmək istəmir”.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »