Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Whatsapp” vasitəsilə yayılan təhlükəli linklər
Whatsapp

Son günlərdə "Whatsapp" tətbiqində “Bravo” supermarketlər şəbəkəsinin adından istifadə edərək linklər paylaşılır. Hakkerlər həmin linklərdə şirnikləndirici vədlər verərək daha çox istidafəçiyə yönləndirilməsinə səbəb olublar. Bunun ardınca “Bravo” supermarketlər şəbəkəsi yayılan mesajla bağlı əhaliyə müraciət edib və bildirilib ki, bu paylaşımın onlarla heç bir əlaqəsi yoxdur.

"Diqqət! Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə “Bravo” adından müəyyən mətnlər paylaşılır. “Bravo” marketləri adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik!",-deyə supermarketlər şəbəkəsindən bildirilib.

Məsələ ilə bağlı İnformasiya Təhlükəsizliyi üzrə ekspert Səkinə İlqarqızı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, son 2 gündür Bravo marketlər şəbəkəsi tərəfindən yayılan saxta link vətəndaşların şəxsi hesablarına ( facebook , instagram, google və s.) müdaxilə ilə nəticələnib.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Şirnikləndirici link paylaşan xakkerlər vətəndaşlara “Bravo” şəbəkələr adından istifadə edərək hədiyyələr veriləcəyini və müxtəlif suallara cavab verildikdən sonra, hədiyyəni əldə etmək üçün həmin linki 20 dostuna göndərməyi linkdə yazmışdılar. Təbii ki, heç bir hədiyyə və pul mükafatları mövcud deyildir. Link yaradaraq insanların şəxsi məlumatların mənimsənməsi və istifadə etdikləri telefonlara , kompüterlərə ziyan verilməsi cinayətdir və bir növ dələduzluq hesab olunur .

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında 460 nömrəli Azərbaycan Respublikasının qanunu" bu cür cinayətlərin qarşısını alır . Bu əməllər ən çox test məqsədi ilə olunur, lakin mütəxəssislər tərəfindən tam olaraq bu dəfə "fishing"-in nə üçün olunduğu ilə bağlı məlumat əldə olunmayıb “.

Qeyd edək ki, bu cür linklər vasitəsi ilə insanların şəxsi hesablarının ələ keçirilməsi halı ilk deyil. Sosial şəbəkələrdə yayılan linklərə daxil olduğunuz və digər istifadəçilərə yaydığınız zaman diqqətli olun.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »