Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır
Uşaq bağçası

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

Bizimyol.info xəbər verir ki, Bakı şəhər Təhsil idarəsindən verilən məlumata görə, 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1083 məktəbəhazırlıq qrupunda 26 754 uşaq məşğələyə cəlb olunub.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilib.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »