Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda oğurluq edən keçmiş məhkumlar saxlanılıblar
Həbs

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş F.İsmayılov, Ş.Babayev və N.Əlizadə saxlanılıblar. Keçirilən baxış zamanı onların hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onların qabaqcadan əlbir olan qrup halında Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 1500 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Mamusta kəndində yerləşən evlərdən birindən oğurluq edən şəxs saxlanılıb. Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullazadənin gecə saatlarında həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan 2000 manat pul və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »