Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın Çin bəlası və ya Çinin dünya boyda problemi
Dünyanın Çin bəlası və ya Çinin dünya boyda problemi
Son həftələrdə Qərb mediasında xüsusi xidmət orqanlarının hesabatlarına əsaslanaraq COVİD-19 virusunun insan əməli, süni yaradılan xəstəlik olduğu haqqında çox sayda materiallar dərc edilir. ABŞ prezidenti Bayden yeni qərarla bu məsələnin daha ciddi araşdırılması tapşırığı verib.

Ümumilikdə, 2021-ci ilin sonuna qədər 10 trilyon dollar, 2025-ci ilin sonuna qədər isə 22 trilyon dollar pul itkisi olacağı artıq hesablanıb. Bu, dünya iqtisadiyyatında İkinci Dünya Müharibəsindən bu günə qədər ən dərin şok və 1930-1932-ci illərdən sonra isə ən böyük depressiyadır. Bundan əlavə, artıq bu gün 100 milyondan çox insan həddindən çox yoxsulluğa düçar olub. Dünyada 2020-ci ildə məktəbli uşaqların təxminən 90%-ə qədərinin məktəbə gedə bilmək imkanı olmadı.

XX əsrin əvvəlində yayılmış “İspan qripi” I Dünya Müharibəsini yarımçıq saxladı, və I Dünya Müharibəsinin nəticələri ilə razılaşmayanlar 19 il sonra II Dünya Müharibəsini başlatdılar. Amma bu pandemiya dünyada yeni hüquqi, iqtisadi, siyasi münasibətlər sistemi byratdı. Koronavirus pandemiyası bitdikdən sonra nə baş verəcəyi sualı hamını düşündürür. Hansı istiqmətdə dəyişikliklər gözlənir sualına cavab olaraq gözləmək olar ki, beynəlxalq təşkilatların işinə yenidən baxılmalı olacaq. BMT, ÜST, BVF , NATO Dünya Bankı barəsində müxtəlif dövlətlərin fikirləri üst-üstə düşmür, Avropa Birliyi daxilində pandemiyadan sonra narazılıqlar , fikir ayrılıqları yaşandı, bütün bunlar dünyanın yenidən təşkilatlanması zərurətini ortaya çıxara bilər. Beynəlxalq münasibətləri nizamlayan əsas sahə beynəlxalq hüquq və beynəlxalq təşkilatlardır. Onların içərisində böhran yaşanırsa yenidənqurma zəruri olacaq.

Çinin 4 trilyon dollara yaxın valyuta ehtiyatı var, bu vəsaitin “əriməsi” , onun Asiyada, Afrikada, Latın Amerikasında “yumşaq güc” şəklində iqtisadi dominanta çevrilməməsi uğurnda mübarizə gdir , bəlkə də elə məhz bu səbəb dünyaya bir Çin virusunun buraxılmasına səbəb oldu, çünki sonda bir günah keçisi olaraq irili, xıprdalı dövlətlər Çindən bu vəsaiti kompensasiya şəklində qoparmağa çalışacaqlar.

Məlum məsələdir ki, indi dünya bir biri ilə üz- üzə durub tankla- tüfənglə müharibə aparmaq levelni adlayıb. İndi hibrid müharbələrlə kimin kimdən alacağı varsa qapazı ona yox, qohum əqrəbalarının başına çırpır. Necə deyərlər eşşəyəy gücü çatmırsa, palanı təpikləyir.

İndi müharibələr özünü İqtisadi sanksiyalar, kiber hücumlar, 3-cü ölkələrin ərazisində yarı-leqal və tam qeyri-leqal silahlı birləşmələr vasitəsi ilə bir-birinə saldırmaq, informasiya müharibəsi, “fake” xəbərlər strategiyası və taktikası, iqtisadi və texnoloji diversiya və kəşfiyyat, təxribatlar şəklində nözünü göstərir. Dünyanın ta o başında bir ölkədə körpü partlayıbsa məslənin bir ucu gəlib dünyanın bu başındakı adi kəndlini də əlaqədar edə bilir.

Qərb dövlətləri Rusiya və Çinlə klassik müharibə etməyin mümkün olmadığını bilir. Onaq görə ən əlverişli yol, böyüyüb yavaş –yavaş dünyanı udmaqda olan Çini elə yavaş- yavaşl da parçalamaq, zəif salmaqdır.

Ekspertlər hesab edirlər ki, 15 iyun İsveçrədə baş tutacaq Bayden-Putin görüşünün əsas mövzusu məhz Çin məsələsi olacaq. Bayden Putinlə mülayim danışıqların proqnozunu vermiş oldu. “Yaxın aylarda Qərb ölkələri Çinin virusla bağlı rolunu təsbit edən dəlillər və faktlar ortaya qoysa, Beynəlxalq Məhkəmələrdə araşdırmalar başlanacaq, ilk olaraq isə ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qurban gedəcək, o qurumin rəhbərliyi hətta həbs oluna bilər. Sonra Çin virus üçün kompensasiya ödəməyə məhkum ediləcək, bütün dünya ölkələri Çinə qarşı maddi təzminat davaları açacaq. Rusiya üçün strateji təhlükə Qərbdən gəlmir, ən böyük təhlükə Çindir . Çünki yaxın 30 ildə Rusiyanın Uzaq Şərqində, Amur çayı boyu, Baykal gölü ətrafında 30 mln.-a yaxın çinli yaşayacaq. Artan Çin təlabatı üçün Rusiya xammal bazasıdır, yəni, Rusiya uzun müddət Qərbin xammal bazası idisə, indi Çin üçün eyni rolu oynamağa məhkumdur. Qərb üçün əsas təhlükəyə məhz Çin çevrilir. Əgər Qərb Rusiya ilə birgə davranmasa, Çin əvvəl Rusiyanı, sonra da bütün dünyanı öz iqtisadi təsiri altına alacaq”,- deyə iqtisadçı Natiq Cəfərli bildirb.

Politoloq Xaləddin İbrahimli də Çinlə bağlı eyni fikirlərdədir. “Çin ümumiyyətlə çox sirli, qapalı və qaranlıq dövlətdir. O bu böhrandan istifadə edib, bir az da irəli çıxacaq. Amerika bunu bağışlamayacaq və indi açıq şəkildə ittihamlara başlayır. Bu şübhəsiz ki, irəlidə gərginliyə səbəb olacaq. Çinin dünyanı ələ keçirib, idarəçiliyi əlində toplamağa dair çox qorxulu planlarının əsası ı80-ci illərdən qoyulub. Bu anlamda hətta Rusiya da Çinə qarşı ABŞ-la eyni cəbhəni tuta bilər. ABŞ Çini ciddi şəkildə blokadaya almağa çalışacaq. Çin bu gedişlə bütün dünya xalqlarına bəla olacaq. Laboratoriyalarında nəyin üzərində çalışırlar, bəlli deyil, bilinməyən silahlar istehsal edirlər. Dünya buna görə əndişəlidir. Hələ 1997-98-cı illərdə Çin rəsmiləri ağızlarından qaçırtıdlar ki, heç bir planımızı açıqlamırıq. Onlar müəyyən planları gizli-gizli işləyirlər, artıq bütün plan hazır olandan sonra onun həlli uğrunda işə başlayırlar. Dünya mane olmaqda bir addım gec qalır.

Çin əhalisi ölkənin sərhədlərinə sığmayacaq qədər çoxdur və Çinin yeni torpaqlar axtarışında olması qəribə deyil. Çin hələlik kəskin müharibə, işğal planı irəli sürmür. Yumşaq iqtisadi vasitələrlə böyük gücə çevrilir. Azərbaycanı da əhatə edən Böyük İpək yolu layihəsində Çinin çox böyük hədəfləri var. Bilmədiyimiz tərəfləri bildiklərimizdən böyükdür heç sözsüz ki. Buna görə, yəqin indi çoxları anlayır ki, Qarabağ yalnız Azərbaycanın problemi deyildi. Bu əslində bizim meydanımızda baş tutan böyük hibrid müharibəsinin növbəti savaşı idi”,- deyə politoloq qeyd edib.

Bitibmi? Məncə yox. Dünya pay bölgüsü naminə yeni və daha qorxunc savaşlara hamilədir. Uğurlu tarixi fürsətdən istifadə edib topları Qarabağdan Zəngəzura, İrəvan torpaqlarına itələməyin zamanıdır. Nə də olsa indi hər kəs süfrəni öz qabağına çəkməyə çalışır. Sağ və qalib qalmaq üçün.

İlhamə Rəsulova İlhamə Rəsulova

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »