Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Belə getsə, region dövlətləri Ermənistanı parçalamağa məcbur olacaqlar”
Ağrı dağı, Iğdırdan görüntü

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 23 partiya və 4 blok qeydiyyatdan keçib. Gözlənildiyi kimi, ən kəskin mübarizə Nikol Paşinyan və Robert Koçaryan arasında olacaq.

Bu mübarizənin nəticəsi Paşinyana qarşı birləşmiş “Şərəfim var” blokunun parlamentə düşüb-düşməyəcəyindən asılı olacaq. Ermənistan parlamentində 132 deputat var. Bu gün Paşinyan komandasının 83, müxalifətin 44 yeri var. Parlamentə düşmək üçün partiya seçicilərin səslərinin 5%-ni, partiyalar bloku isə 7%-ni yığmalıdır.

Ermənistanda elə bir vəziyyət yaranıb ki, Paşinyan dövlətə nəzarəti tam həyata keçirə bilmir. Buna səbəb isə ölkə daxilində bir sıra “klan”ların hakimiyyət uğrunda mübarizə aparmasıdır. Bütün bunları arxa fona keçirmək üçün Ermənistan hakimiyyəti sərhəddə iğtişaş yaratmağa çalışır. Bir neçə qrup Qarabağda və sərhəd hadisələri törətməklə dividend qazanmaq üçün istifadə edirlər.

Sərhəddə gərginliyin baş verməsində Robert Koçaryan və onun adamlarının əli daha güclüdür. Fransa, Rusiya maraqları da hadisələrin müxtəlif tərəflərə axmasında böyük rol oynayır. Ermənistan onsuz da regionda hər an hər kəsin ayağı altında qalıb partlamaq təhlükəsi olan bir mina kimidir. İndi bu minanın ətrafında alovların güclənməsi nə vəd edir? Biri bitmədən, başqa bir hibrid savaş başlaya bilərmi? Politoloq Rasim Musabəyov hesab edir ki, bu gün baş verənlər Azərbaycan üçün çox qəliz və təhlükəli görünsə belə, məqamdan öz xeyrimizə istifadə etmək zamanıdır.

Rasim Musabəyov Rasim Musabəyov

“Ermənistanda siyasi böhranın davam etməsi xeyrimizədir. Bizə güclü Ermənistan lazım deyil. Əsas məsələ mövcud şəraitdə fürsətləri dəyərləndirib, baş verələrdən öz xeyrimizə istifadə etməkdir”,- deyə politoloq bizimyol.info-ya bildirib.

Ermənistan siyasətçiləri analiz güclərini itiriblər, realist mövqe sərgiləmirlər, bizi və Türkiyəni hədələyirlər ki, bizlər güzəştli mövqe tutmalıyıq. Hətta onlar fikirlər səsləndirirlər ki, Rusiya-Türkiyə qarşıdurması qaçılmazdır. Daha anlamırlar ki, Rusiya və Turkiyə arasında toqquşma olsa, ayaq altda qalıb məhv olacaqlar. Hansı revanşdan danışırsınız?

Ermənistanın siyasi böhranı artıq dövlətçilik böhranına çevrilmək üzrədir. Yəni özlərini mütəşəkkil eləyib, dövlət şəklinə salmasalar, həm özlərinə, həm qonşularına qarşı təhlükə olaraq qalmağa davam eləsələr, məsuliyyəti ətraf dövlətlər öz üzərlərinə götürməli olacaqlar. Ermənistan indi dövlət deyil. Onun-bunun əlində alət olaraq başqalarının maraqlarına xidmət etməklə regionda qırmızı zona olmaqda davam etsə, region dövlətləri onu parçalayıb məhv etməyə məcbur olacaqlar. Hesab edirəm ki, Ermənistanda seçkilər baş tutsa belə, bu kaolisiyalı hökumət olduğuna görə, sabit gələcək vəd etmir. Parlamentdə yumruq davaları, mitinqlər, müxtəlif təxribatlar davam edəcək. Biz yaranmış reallıqlardan istifadə etməliyik, necə ki edirik”.

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »