Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zabitlərdən biri 70 dollarlıq qızıla görə S-300 kompleksinin içindən platanı çıxarıb…” - Video
Nikol Paşinyan

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlərdən birində ordudakı acınacaqlı vəziyyətdən danışıb. Bildirib ki, zabitlərdən biri S-300 zenit-raket kompleksinin içindən platanı cəmi 70-80 dollarlıq qızıla görə çıxarıb.

“Bizə xain deyirlər. Guya hərbi hissələrə baş çəkəndə ora “juçok” yerləşdirmişik. Bizi özləriylə müqayisə edirlər, çünki təəsüflər olsun ki, Ermənistanda S-300 kompleksinin içərisindəki platanı 30-40 min dramlıq (70-80 dollar) qızıla görə çıxaran adamlar var. Düşünə bilirsinizmi? Üstəlik bunu eləyən zabitdir”,-Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan ordusu 44 günlük müharibə zamanı Ermənistan ordusunun işğal altındakı ərazilərimizdə-Xankəndi ətrafında (Ballıca) və Qubadlı dağlarında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini (cəmi 6 buraxılış qurğusu və kompleksin tərkibinə daxil olan digər texnika) məhv edib. Başqa heç bir digər münaqişədə S-300 komplekslərinin bu cür kütləvi məhv edilməsi baş verməmişdi.(virtualaz.org)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »