Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakaryadan Azərbaycana bayram təbriki - Video
Türkiyə və Azərbaycan bayraqları

Sakaryada 28 May Respublika günü qeyd olunub.

Bizimyol.info xəbər verir ki, 28 May Respublika günü üçün Türkiyənin Sakarya şəhərindən də bayram təbriki ünvanlanıb.

Sakarya şəhərində ölkəmizi təmsil edən, Sakarya Azerbaycan Kültür və Dayanışma Topluluğu, Sakarya şəhərinin öndə gələn şəxslərinin bayram təbriklərini videoçarx formatında hazırlanmasını təşkil edib. Videoda Sakarya Uygulama Bilimleri Universitetinin rektoru Prof. Dr. Mehmet SarıBıyık, Sakarya Universitetinin rektor müavini Prof. Dr. Hakem Akbulut, Sakarya Gençlik ve Spor il müdürü Arif Özsoy, Sakarya İcra Hakimiyyəti Proje ve Etüt müdürü Taylan Şanlı və Sakarya il Göç İdarəsinin müdirəsi Hülya Korkut iştirak edib. Onlar Azərbaycanın 28 May Respublika günü münasibətiylə təbriklərini çatdırıb və eləcə də qardaş ölkədən ürək dolusu xoş diləklər ünvanlayıblar.

"Tarix boyu qardaş olan iki ölkənin bayramları da, matəmləri də hər zaman xüsusi diqqətlə və ehtiramla yad edilib. Biz də bu ənənəyə sadiq qalaraq bu il qürurla qeyd etdiyimiz bayramda Sakaryadakı hörmətli və dəyərli böyüklərimizin təbrik sözlərini səsləndirmək istədik. Bizə bu şansı verdikləri üçün hər birinə təşəkkür edirik. Qardaş ölkələrin qardaşlıq sədalarının yayılması çox dəyərli bir addımdır. Buna vasitəçi olmaq isə bizim üçün qürurvericidir". - deyə Sakarya Azerbaycan Kültür və Dayanışma Topluluğu başqanı Sahib Həşimov qeyd edib.

Videoçarxı aşağıdakı bağlantıdan izləyə bilərsiniz:

Bizimyol.info

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
Son xəbərlər
Bütün xəbərlər »