Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç cüt qanad: Təyyarələrin yeni nəsli gəlir - Foto
Se200-3244776488

ABŞ-ın Alabama ştatında yerləşən “Super Efficient Aeronautics” startapı tamamilə yeni genişgöyərtəli təyyarə konseptini təqdim edib.

“SE Aeronautics” bildirir ki, 3 cüt qanada malik SE200 təyyarəsi havaya ənənəvi təyyarələrə nisbətən 80% az karbon qazı buraxacaq. Hələ ki, ancaq kompüter qrafikası şəklində olan təyyarənin 264 sərnişin daşıyacağı, səs sürətinə yaxın 0,9 max (1100 km/saat) sürətə və 17 min kilometr uçuş radiusuna malik olacağı deyilir.

O, bütün parametrlərinə görə hazırkı analoqlarını üstələyir. Əsas fərqlərindən biri isə yanacağı 70% az işlədəcəyidir. Üç cüt qanaddan əlavə, təyyarənin quyruq konstruksiyası da fərqli olacaq. O, qısa uçuş-eniş zolaqlarına da eniş-qalxa biləcək.

Quruluşunda kompozit materiallardan istifadə olunması SE200-ün tikilmə vaxtını iki dəfə azaldacaq.

Təyyarənin ilk nümunəsinin nə vaxta hazır olacağı haqda startap heç bir məlumat verməyib.

Yeni növ təyyarə

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »