Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVİD-19-un laboratoriyadan yayılmasına dair daha bir iddia irəli sürülüb
Karantin koronavirus maska dezinfeksiya

Yeni növ koronavirusun (COVİD-19) yayılma mənbəyinin araşdırılması ilə məşğul olmuş ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Devid Aşer Çinin Uhan şəhərindəki Virusoloji İnstitutun laboratoriyası ilə bağlı iddia ilə çıxış edib.

APA-nın “Daily Caller” portalına istinadən verdiyi məlumata görə, D. Aşer deyib ki, Uhandakı laboratoriyanın əməkdaşının həyat yoldaşı 2019-cu ilin dekabrında COVİD-19-dan ölüb.

D.Aşer bildirib ki, Çin hakimiyyəti bir ay virusun insanlar arasında yayılması barədə informasiyanı açıqlamağı gecikdirib və bununla da COVİD-19-un geniş miqyasda yayılmasına zəmin yaradıb. D.Aşer qeyd edib ki, Uhan Virusoloji İnstitutunun laboratoriyasının əməkdaşının həyat yoldaşının COVİD-19-dan öldüyünü həmin laboratoriyanın əməkdaşları bildiriblər.

Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti mayın 23-də ABŞ kəşfiyyatının məlumatına istinadən Uhan Virusoloji İnstitutunun minimum 3 aliminin 2019-cu ilin noyabrında ağır xəstələndiyini, bunun da virusun laboratoriyada süni yolla yaradıldığı nəzəriyyəsi barədə danışmağa əsas verdiyini yazıb. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan isə ənənəvi brifinqdə bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »