Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail vətəndaşlarına bu ölkələrə getməyi qadağan etdi
İsrail vətəndaşlarına bu ölkələrə getməyi qadağan etdi

İsrail Rusiya və Argentinanı vətəndaşlarına səyahət qadağası qoyduğu ölkələr siyahısına daxil edib. İsrail Səhiyyə Nazirliyi bunu koronavirusun geniş yayılması ilə əlaqələndirib.

Nazirlikdən bildirilib ki, bu ölkələrə səyahət yoluxma riskini maksiumum dərəcədə artırır. Qadağa sabahdan etibarən qüvvəyə minir. Nazirlik Argentina və Rusiyadan əlavə Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika, Hindistan, Meksika və Türkiyənin artıq "qırmızı siyahıda" olduğunu xatırladıb.

Bu ölkələrə səyahət icazələri yalnız səlahiyyətli bir komissiya tərəfindən verilir. Bu ölkələrdən İsrailə geri dönənlər Səhiyyə Nazirliyinin qaydalarına uyğun olaraq evlərində karantinaya alınmalıdırlar. Sərəncam 2021-ci ilin 13 iyununadək etibarlıdır və vəziyyətdən asılı olaraq uzadıla bilər.(virtualaz.org)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »