Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yay gəlir, istirahət üçün qiymətlər də istilənir
kirayə

Yay mövsümü başlayan kimi bağ və həyət evlərinin qiyməti artır.

Bizimyol.info xəbər verir ki, şəhərin sahil zolağı qəsəbə və kəndlərində bağ və həyət evlərinin kirayə qiyməti 1000 manatdan başlayır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, adətən bağ evlərinin satışı və kirayəsi may-iyun aylarından hərəkətə keçir.

“Keçən il sərt karantin rejimi mart ayından başladığına görə bu proses bu il də mart ayından başladı. Keçən il mart ayından şəhər boşaldı. Xarici iş adamları və tələbələr getdi, universitetlər bağlandı, evdəqal qadağasına görə hamı bağ evlərinə üz tutdu. Bu da qiymətlərə çox təsir etdi, qiymətlər 30 faiz -ə qədər artdı” - deyən Fəzrəliyev bildirib ki, bu il keçən il kimi sərt karantin rejimi olmadı. Buna görə də qiymətlər keçən ildən daha ucuz olacaq.

Çünki əvvəlki illərdə xaricdə yaşayan vətəndaşlar yay aylarında gəlib günlük, aylıq dənizə yaxın bağ evlərin kirayələyib, istirahət edirdilər.

Bu il ölkədaxili iqtisadi böhran, iş yerlərinin bağlanması hər kəsin büdcəsinə təsir edib. Buna görə də bağ evlərinin qiymətləri keçən ilki kimi deyil, ondan əvvəlki ildən də ucuz olacaq:

Mövsüm yeni başladığı üçün bəzi adamlar keçən ilki qiymətləri nəzərdə tuturlar. Amma evlər boş qalandan sonra məcburi ucuzlaşma olacaq”- deyə o bildirib.

Bölgələrə gəldikdə isə, ekspert bildirib ki, keçən il rayonlara gediş-gəlişin bağlı olması ilə əlaqədar olaraq bölgələrdə kirayə evlər, otellər, hostellər, istirahət mərkəzləri demək olar ki, “çökdü”. Əksər mövsümü - yay aylarında fəaliyyət göstərən restoranların 70 faizi bağlandı:

“Bu il isə fərqli olacaq. Keçən il yolların bağlanması ilə əlaqədar olaraq, bağ evlərində istirahət edənlər bu il turistik rayonlara, məsələn Qəbələ, İsmayıllı, Quba, Xaçmaz, Lənkəran və sair zonalara üz tutacaqlar. Demək olar ki, o zonalara axın artıq başlayıb. Məktəblərin bağlı olması da bu axının tez olmasına təsir etdi”.

Mütəxəssis qeyd edib ki, Bakıda bağ evlərinin qiymətləri yüz faiz artmayacaq, əksinə 25-30% enəcək. Bölgələrdə qiymətlər isə nisbətən stabilləşəcək.

Xatırladaq ki, hazırda Bakıda bağ evlərinin kirayə qiyməti 1000 manatdan başlayır. Bakıda ayı 12 min manata kirayə olan villa və bağ evləri də var.

Bizimyol.info

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »