Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstanda NATO təlimi zamanı qalmaqal yaşanıb - Video
ABŞ ordusu

Bolqarıstanda NATO-nun hərbi təlimi zamanı amerikalı hərbçilərin iştirakı ilə qalmaqal baş verib.

APA-nın “Nova” telekanalına istinadən verdiyi məlumata görə, amerikalı hərbçilərin təlim zamanı Plovdiv şəhərində zeytun yağı emalı zavoduna soxulub, sexdəki işçiləri silahla təhdid etməsinin videogörüntüsü yayılıb.

Avropa Komissiyası Qarabağ münaqişəsindən əziyyət çəkənlərə 10 milyon avro ayırıb

İtaliyanın keçmiş baş naziri Berluskoni xəstəxananı gizlin tərk edib

Çexiyada vilayət rəhbəri "Sputnik V"lə bağlı açıqlamasından sonra vəzifəsindən kənarlaşdırılıb

Zavod təlimin keçirildiyi hərbi aerodromun yaxınlığında yerləşir. Videogörüntülərdən aydın olur ki, bir qrup hərbçi hasarı aşaraq müəssisəyə “hücum”a başlayır. Zavoda daxil olan hərbçilər əməkdaşlara tərpənməməyi əmr edir və müəssisədə axtarışa başlayırlar. Bir müddət sonra onlar əməkdaşlara izah edirlər ki, zavodu təlim zonasının bir hissəsi hesab ediblər.

Zavodun sahibi Marin Dimitrov baş verən hadisəni alçaldıcı hesab edir və məhkəməyə müraciət edəcəyini bildirib: “Bu, mənim üçün təhqirdir. Elə bil ki, mən hansısa terrorçuyam”.

Sonradan Bolqarıstan müdafiə naziri Georqi Panayotov baş verən olayla əlaqədar üzr istəyib. ABŞ tərəfi də zərər çəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bəyan edib.

Paylaş »
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »