Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Lukaşenkonun dəniz gəzintisinin görüntüləri yayıldı - Video
Vladimir Putin, Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə Soçidə qeyri-formal görüşünə dair videogörüntülər dərc edilib. Görüntülərə əsasən Lukaşenko oğlu Nikolayla birlikdə Putinin yaxtasında Qara dənizdə gəzintiyə çıxır.

Xatırladaq ki, Lukaşenkonun bu səfəri Belarus hakimiyyətinin müxalif bloqeri həbs etmək üçün “Ryanair” şirkətinin ölkənin hava məkanından uçan təyyarəsini MiQ-29 qırıcıları ilə məcburi endirməsi ətrafında davam edən beynəlxalq qalmaqal fonunda baş verir. Həmin qalmaqala görə qərb ölkələri Belarusla hava əlaqəsini kəsib, Belarusun “Belavia” şirkətinə Avropaya uçuşlar qadağan olunub. Avropa İttifaqı isə Belarusa qarşı yeni sanksiyaları müzakirə edir.

Rusiya KİV-ləri xəbər verir ki, prezidentlərin qeyri-formal danışıqları zamanı Rusiyanın Belarusa ötən il ayırdığı dövlət kreditinin ikinci tranşının (500 milyon dollar) tezliklə ayrılması və “Belavia” şirkətinin Rusiya şəhərlərinə yeni reyslər açması barədə razılıq əldə olunub. Lakin xəbərlərə görə, Rusiyanın Belarusa yeni maliyyə yardımları barədə anlaşma əldə edilməyib.

Xatırladaq ki, Lukaşenkonun Soçiyə səfəri mayın 28-də başlayıb. Görüş zamanı Putin ona Soçidə havanın yaxşı olduğunu, dənizin suyunun isindiyini deyib, dənizdə birlikdə çimməyi təklif edib. Lukaşenko bu təklifi məmuniyyətlə qəbul edib.

Bu arada Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki ötən gün keçirdiyi brifinqdə bildirib ki, ABŞ iyunun 3-dən etibarən Belarusla bütün aviaəlaqəni kəsəcək. Habelə Belarusun 9 dövlət müəssisəsinə qarşı sanksiyaları bərpa edəcək. Bu sanksiyalar hələ 2006-cı ildə tətbiq edilmişdi və 2015-ci ildə Belarus bütün siyasi məhbusları azad edəndən sonra dayandırılmışdı. Söhbət neft-kimya müəssisələrindən gedir. Bundan başqa ABŞ və Avropa İttifaqı Belarusa qarşı əlavə “ünvanlı sanksiyalar” da hazırlayır.(virtualaz.org)

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »