Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahini qəbul edib.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olundu.

Söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunuldu, Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışıldı.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »