Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya Belarusa nəzarət edə bilmir”
Vladimir Putin, Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Kremldən olan həmkarı Vladimir Putinlə Soçidə görüşüb. Onların hər ikisi “Ryanair”in təyyarəsinin məcburi yerə endirilməsini təqdir etdiyini bildirib. Qərb dünyası isə Lukaşenkonun davranışında terror əməli görür.

Bizimyol.info xəbər verir ki, Avropa mətbuatı Belarus prezidentinin məhz Kremldən olan həmkarına güvəndiyini yazır. “Liberation”un növbəti yazısında da bu amil qabardılır. Fransa qəzeti düşünür ki, Putin Lukaşenkonu həm də Belarusun Qərb düşərgəsinə düşməməsi üçün müdafiə edir.

“Təyyarə qalmaqalı Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə görüşünə bir neçə həftə qalmış heç yerinə düşmədi. Bu görüşü təşkil etmək xüsusilə çətin alınmışdı. Çünki Kreml bundan çox şey gözləyir. Buna görə Lukaşenkonun hərəkəti indi Putinə xoş deyil”,- politoloq Andrey Sinitsın “Liberation”a belə deyib.

Fransa qəzeti politoloqla çox da razılaşmır. Çünki Kreml açıq-aşkar Vaşinqtonla kövrək münasibətlərini təhlükə altında qoyur. Təyyarə qalmaqalının Rusiyaya birbaşa dəxli yoxdur. İndi Vaşinqtonun qəzəbinə gəlmək yerinə düşməməlidir. Rusiya isə açıq müdafiə davranışı göstərir.

Analitik Artyom Şraybman Simitsından bir az fərqli düşünür: “Minsk ona görə Qərb əleyhinə addımlardan çəkinmir ki, Moskvanın dəstəyini hiss edir. Bundan sonra Belarusda istənilən hakimiyyət dəyişikliyi Qərblə yaxınlaşmaq anlamına gələcək”.

“Observo” mərkəzinin direktoru Arno Dyuben hesab edir ki, Lukaşenko rusların Belarusu itirməkdən qorxduğunu çox yaxşı bilir: “Rusiyanın başqa seçimi yoxdur. Lukaşenko əmindir ki, istədiyini edə bilər. Moskva onu dəstəkləməyə məcburdur. Əslində, Rusiya Belarusa nəzarət edə bilmir”.

“Liberation”dakı yazının müəllifi Leo Vidal-Jiro əmindir ki, Soçi görüşü çox şeyi həll etməyəcək. Yəni geosiyasi çalxalanmadan söhbət gedə bilməz. Vidal-Jiro hesab edir ki, təyyarə qalmaqalı zamanı həbs olunan Roman Protaseviçin və onun rəfiqəsinin azad edilməsi mümkündür. Bəlkə də, Rusiya bunu istərdi. Amma Lukaşenko Kremli özü ilə eyni qayığa çəkib gətirməyi bacarıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
Son xəbərlər
Bütün xəbərlər »