Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağ məsələsini müzakirə edib
İbrahim Qalın

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankarada səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.

“Report” xəbər verir ki, görüşdə NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında baş tutacaq görüşdə müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İ.Kalın və V.Şerman eyni zamanda, Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Tərəflər adıçəkilən bölgələrdə sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Qeyd olunub ki, Türkiyə-ABŞ münasibətərinin qarşılıqlı güvən və aktiv əməkdaşlığa əsaslanan əlaqələr çərçivəsində nəzərdən keçirilməsi vacibdir.

NATO-da iki önəmli müttəfiq olan Türkiyə və ABŞ-ın əməkdaşlığının alyansı gücləndirdiyi və yeni sınaqlar qarşısında beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb.

Görüşdə eyni zamanda, terrorçuluqla mübarizə məsələsi də müzakirə olunub.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »