Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Belarusa qarşı sanksiyalar hazrılayır
ABŞ Belarusa qarşı sanksiyalar hazrılayır

Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və digər tərəfdaşlarla əməkdaşlıq edərək Belarus hakimiyyət orqanlarının əsas nümayəndələrinə qarşı ünvanlı sanksiyalar hazırlayır və bu respublikadan doqquz dövlət müəssisəsinə qarşı daha əvvəl ləğv olunmuş məhdudiyyətləri bərpa etmək niyyətindədir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki mətbuata açıqlamasında bildirilib.

Məlumata görə, sanksiyalar davamlı insan haqları pozuntuları və korrupsiya, 2020-ci ildəki saxta seçkilər və 23 may hadisələri ("Ryanair" təyyarəsi ilə əlaqəli - red.) səbəbindən tətbiq ediləcək.

Dövlətə məxsus müəssisələrə qarşı sanksiyalar 3 iyunda yenidən tətbiq olunacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Minskə qarşı sanksiyaların tətbiq ediləcəyini elan etmişdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »