Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Quliyevdən Prezidentə şikayət olundu
Elçin Quliyev

Bir müddət öncə hüquqşünas Tural Azadəliyevin şikayət məktubu əsasında məqalə dərc etmişdik. O karyerasının qəsdən məhv edildiyini, hərbi biletinə haqsız yerə xidmətə uyğunsuzluq maddəsinin vurulduğunu yazaraq öz haqqını qorumaq istədiyini bəyan edib.

Onurğasında problem olduğuna görə bülletendə olarkən işdən çıxarıldığını iddia edən Tural Azadəliyevin istəyi hərbi biletinə xidmətə uyğunsuzluq maddəsinin vurulmaması idi. Bu gün onun anası redaksiyamız vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb. Məktubda deyilir:

Tural Azadəliyev Tural Azadəliyev

“Hörmətli Cənab Prezident! Mən 1-ci qrup əlil Azadəliyeva Natella Ağamirzə qızı oğlum Tural Azadəliyevin taleyindən narahatam. Şikayətim Dövlət sərhəd xidmətinin rəhbərliyindəndir. Oğlum dəfələrlə DSX-nin rəisi Elçin Quliyevə müraciət etsə də, onu qəbul etməyib. Oğlum hüquqşünasdır. O, dövlət sərhəd xidmətinin Göytəpə sərhəd dəstəsinə 6 aylıq kursdan sonra təyin olunan 3 təhqiqatçıdan biridir. Elçin Quliyevə və Prezident Adminstrasiyasına dəfələrlə müraciət edib, lakin Dövlət Sərhəd Xidmətinin rəhbərliyi onun müraciətlərinə əhəmiyyət verməyib. Bildirmək istəyirəm ki, kursa cəlb olunan 3 hüquqşünasdan birinə leytenant zabit rütbəsi verilib. Rəhbərlik tərəfindən oğlum Tural Azadəliyevə bildirilib ki, hərbi xidmət keçmək haqqında əsasnamənin 58-ci maddəsinin “b” bəndinə uyğun olaraq 1 il zabit vəzifəsi icra edilmədən zabit rütbəsi verilməsi mümkün deyil.

Hüquqi cavab olaraq oğlum Tural Azadəliyev Elçin Quliyevə yazdığı açıq məktub yazıb və həmin əsasnamənin “i” bəndində qeyd olunub ki, mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə - zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə rütbə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin tələblərini rəhbər tutub bildirib ki, qanunlar əsasnamələrdən üstün normativ hüquqi akdır. Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında Azərbaycan Respublikasının qanununun 30.3 maddəsində açıq aşkar qeyd olunub ki, hüquqşünas profilli zabit vəzifəsində xidmət edənlərin rütbəsinin önündə ədliyyə sözü əlavə olunmalıdır. Praktikada, nə də qanunvericilikdə ədliyyə giziri anlaşıyı yoxdur. Əgər rütbənin verilməyi mümkün deyilsə, niyə digər hüquqşünasa rütbə verilib? Belə çıxır ki, Dövlət Sərhəd Xidməti mənim oğlumun bərabərlik hüquqları ilə hesablaşmır? Dövlətimizin Konstitusiyasında, İnzibati icraat haqqında qanunununda və digər normativ hüquqi aktlarında bərabərlik hüququna dair konkret maddələr və müddəalar mövcuddur. Necə olur ki, 6 aylıq kurs keçən 3 hüquqşünasdan birinə leytenant, digərlərinə isə gizir rütbəsi verilsin?

Oğlum hələ xidmətdən xaric olmamışdan Sərhəd qoşunlarının kadrlar bölməsinin rəisi Polkovnik-leytenant Kamilova raportla müraciət edərək xahiş edib ki, eybi yox, zabit rütbəsi vermirsiniz, canınız sağ olsun, amma bağlaşmanın tələbrinə diqqət yetirin. Oğlumla dövlət sərhəd xidmətinin arasında imzalanmış bağlaşmada konkret olaraq qeyd olunub ki, hərbi qulluqçu tabedir Azərbaycan Respublikasının qanunlarına və nizamnamələrinə. Qanuni oğluma verilməli olan rütbəni vermirsinizsə, faktiki olaraq bağlaşmanın şərtlərini, Oferta hissəsində (şərtlərini) təklif edən tərəf kimi pozmuş olursunuz. Ona görə Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında Azərbaycan Respublikasının qanununun 41.0.10-cu maddəsini rəhbər tutub xahiş etmişdir ki, bağlaşma ləğv olunsun və bu qaydada ehtiyata buraxılsın. Adı çəkilən polkovnik-leytenant raportu qəbul etməyib.

Cənab Prezident! Dövlət sərhəd xidmətinin rəhbərliyi əslində vəzifəyə təyin olunmayan şəxslə bağlaşma imzalatdırmaqla onu özündən asılı vəziyyətdə saxlayır. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində xidmətə qəbul olunan vətəndaşlara rütbə verilmir. Onlar müdavim kimi kursu bitirirlər. Müvafiq imtahanı müvəffəqiyyətlə keçdikdən sonra yekun attestasiyanın rəyinə uyğun olaraq xidmətə müvafiq hərbi rütbə ilə təyin olunurlar. Vəzifəyə təyin olunmaq ərəfəsində müdavimlərlə müqavilə bağlanılır. Dövlət sərhəd xidməti isə oğlumu faktiki olaraq işşiz durumundan istifadə edərək bağlaşmanı ön plana çəkib. İndi isə düşməncəsinə oğlumun hərbi biletini xidmətə uyğunsuzluq maddəsi ilə ləkələməkdən çəkinmir. Bu hiylə niyə məhz mənim oğluma qarşı edilir? Onurğa nahiyəsindın xidmət zamanı sınıq travması alan oğlumun günahı nədir? Oğlum və ailəmiz dövlətimizi və onun başçısını daima dəstələyənlərdən olmuşuq. Bu azmış kimi müxtəlif üsullarla hədə-qorxu gəlməkdən çəkinmirlər.

Məhz Sizin vətəndaşlara çağırışılarınızı rəhbər tutub Sizə müraciət edirəm. Oğlumun taleyi təhlükədədir. Aprel ayının əvvəli xidmətdən xaric olunmağına baxmayaraq əmək haqqı və 2021-ci ilin imtiyazları ona DSX rəhbərliyi tərəfindən ödənilməyib. Üstəlik, hərbi bileti girov saxlanılıb. Qeydiyyatda olduğu rayon səfərbərlik söbəsində bildiriblər ki, şəxsi işi bizə göndərilməyib.

Axı Biz bilirik ki, Siz Prezident olaraq gənc kadrlara xisusi diqqət yetirsiniz və qayğı göstərsiniz. Bir gənc hüquqşünası belə hörmətsizcəsinə çölə atmaq və düşmənçiliklə karyerasını ləkələmək ədalətsizlikdir. Ümüdvaram ki, Sizin müdaxiləniz oğlumun hüquqlarını bərpa edəcək və bu qanunsuz əməlləri törədən rəhbər şəxslər cəzalandırılacaq. Qabaqcadan Sizə öz dərin təşəkkürümü bildirirəm!”.

Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »