Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Rusiya və Çinə qarşı böyük addım
Ağ Ev, Vaşonqton, ABŞ

ABŞ prezidenti Co Bayden konqresdən 2022-ci maliyyə ili üçün milli müdafiə xərclərinə $752,9 milyard ayrılmasını xahiş edib. Bu məbləğin böyük hissəsi, yəni 715 milyard dolları Pentaqon üçün nəzərdə tutulub.

Pentaqonun yaydığı məlumatda bildirilir ki, ABŞ Hərbi Qüvvələri Rusiya və Çindən gələn təhdidlərlə tez- tez üzləşir. O cümlədən qlobal səviyyədə iqlim dəyişikliyi və pandemiya kimi səsbəblər də risk daşıyır. Müdafiə büdcəsinə ayrılmış vəsait prezidentin əbədi qarşıdurmalara son qoymaq, gələcəkdə milli müdafiəni yüksək səviyyədə təmin etmək üçün qabaqcıl imkanlar əldə etmək prioritetinə hesablanıb”,- deyə məlumatda bildirilir.

Bir qədər əvvəl ABŞ generalı Mark Milli “Rusiya və Çinlə toqquşmaq olmaz” bəyənatıyla çıxış etmişdi. O vurğulamışdı ki, dünyanın nəhəng ölkələri arasında sülh uçurum kənarındadır və bir tükdən asılı qalıb. General dövlətlər arasında kəskin münasibətlərin rəvanlaşdırılmasına, gələcək toqquşmaların qarşısını almaq üçün şərtlər yaratmağa çağırmışdı.

Baydenin açıqlamasının qarşılığında Kreml hansı yollara əl atacaq və doğrudanmı, Ağ ev Rusiyaya qarşı konkret addımlar atmağa hazırlaşır? Eyni zamanda Britaniya və ABŞ tandeminin Çin və Rusiyaya qarşı hazırladığı planlar gələcək dünya nizamı üçün nələr vəd edir?

Zaur Məmmədov Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bizimyol.info-ya bildirib ki, Baydenin Rusiya və Çinlə bağlı açıqlamaları, London və Vaşinqtonda qəbul edilən yeni xarici siyasət strategiyaları onu göstərir ki, indiki halda ABŞ-Britaniya tandemi üçün əsas iqtisadi rəqib olan Çin yaxın illər ərzində sıradan çıxarılmalı, ikili üçün geosiyasi problem yaradan Putin hakimiyyətinə qarşı isə hərtərəfli pressinqlərdən istifadə edilməlidir. Bu qarşıdurmanın üçüncü dünya savaşına qədər gedib çıxa biləcəyini düşünənlər də az deyil. Britaniyanın yeni doktrinasında Rusiya siyasi və hərbi təhdid təşkil edən tərəf kimi qeyd edilib, Çin isə beynəlxalq iqtisadi nizama qarşı çıxan, daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid edən düşmən kimi görülür.

İlhamə

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »