Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada COVID-19-a görə pişiklər və göyərçinlər hədəf seçilir
koronavirus

Şimali Koreya hökuməti COVID-19 virusuna qarşı mübarizə çərçivəsində əhaliyə pişikləri və göyərçinləri məhv etmək göstərişi verib.

“Report” xəbər verir ki, hökumətin fikrincə, həmin heyvanlar koronavirusu yayır. Belə ki, koronavirus daşıyıcısı olan siçovulları ovlayıb yeyən pişiklər özləri də yoluxmanı yayır.

Bu göstərişdən sonra sərhədin Koreya tərəfində sakinlərin sərhəd üzərində uçan quşları atəşə tutduğu, həmçinin həm pişiklərin, həm də onların sahiblərinin hədəfə alındığı bildirilir. Belə ki, mayın 22-də Yanqqanq əyaləti Hyesanq şəhəri yaxınlığında sərhədçilər bir pişiyi görüb tutmaq istəyiblər, amma bacarmayıblar. Pişik şəhərə doğru qaçıb və aidiyyəti qurumlar onun bir ailəyə məxsus olduğunu öyrənib həmin ailəni 20 günlük karantinə yerləşdirməklə pişiyi onlardan alıb. Həmin ailə daha əvvəl yoxlama tədbirləri zamanı pişiyin öldüyünü bildirmişdi.

Mənbəyə görə, sakinlərin xeyli hissəsi heyvanlara qarşı bu cür tədbirlərdən narazıdır.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »