Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın dostu İsraildə hakimiyyətə gəlir: Azərbaycanla münasibətlər necə olacaq...
Israil

Qarabağda qələbəmizdən sonra azərbaycanlıların İsrailə olan münasibəti bu dövlətin bizə vediyi dəstəkdən dolayı olduqca pozitivdir. Onsuz da əvvəldən xoş olan münasibət bir az daha da yaxşılaşıb. Bu günlərdə İsraildə seçki ərəfəsidir.

Dost ölkədə baş verən siyasi hadisələr Azərbaycanla əlaqələrə necə təsir edəcək və ya edəcəkmi? Netenyahu gedərsə, Azərbaycan-İsrail əməkdaşlığının gələcəyi hansı səviyyədə olacaq? Bu suallara Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov cavab verir:

Zaur Məmmədov Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

O bildirib ki, İsraildə Xarici İşlər Naziri və Müdafiə Naziri postlarının kimlərə həvalə edilməsi Bakı üçün önəmli faktor olacaq.

“Uzun müddət idi ki, bu dövlətdə hökumət böhranı yaşanırdı. Seçkilərdə qalib gəlmiş, lakin təkpartiyalı hökumət formalaşdırmağa seçkilərdə aldığı səsi çatmayan Netanyahu heç bir partiya ilə razılığa gəlməyəndən sonra Nazirlər Kabinetinin formalaşdırılması digərlərinə tapşırılır. Yair Lapid və Naftali Bennett kabinet qurulması mövzusunda razılığa gəldikləri üçün Baş nazir Netanyahu vəzifəsindən kənarlaşdırılacaq.

Naftali Bennet 2023-cü ilə kimi, Yair Lapid isə 2023-cü ildən 2025-ci ilə kimi Baş nazir postunu tutacaq. Yeni hökumət 10 gün ərzində andiçmə mərasimi keçirəcək.

Xatırladım kı, Bennet seçkilərə iki şüar ilə getmişdi və onlardan biri solçuları hökumətə buraxmamaq idi. Hazırda Bennetin partiyasından olan bəzi deputatlar solçu partiyadan olan Lapid ilə koalisiyaya qarşı çıxsalar da, çox güman kı, onlar səsvermədə bitərəf qalacaqlar, sonra isə istefa verəcəklər.

Qeyd edim ki, vaxtilə telejurnalist olan Yair Lapid 2018- ci ildən başlayaraq hər il aprel ayında "qondarma soyqırım"ın tanınması üçün Knessetdə çıxışlar edir, yerli diasporaya yaxınlığı ilə seçilir. Amma onun Azərbaycanla bağlı xüsusi çıxışları olmayıb.

Bakı üçün önəmli faktor həm də XİN və MN başçıları postlarının kimlərə həvalə edilməsi olacaq”,- deyə ekspert bildirib.

İlhamə

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »