Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki oğlu şəhid olan ailə dövlət başçısına müraciət etdi - Foto
İki oğlu şəhid olan  ailə dövlət başçısına müraciət etdi - Foto

İkinci Vətən Müharibəsi zamanı iki övladını itirən 4 ailədən biri, Mingəçevirdən olan İkinci Vətən Müharibəsinin Şəhidləri-Musa və Tural Həsənovların valideynləri-Nəhayət və Tapdıq Həsənovlar ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar dövlət başçısından övladlarının adlarının əbədiləşdirilməsini xahiş ediblər.

“Övladlarımız Tural və Musa Həsənovlar döyüşlərdə həlak oldular. Hər iki övladımız da ailəli, iki övlad atası idi.

Həm Musa, həm Tural İkinci Vətən Müharibəsinin elə ilk günlərində, qanlı döyüşlərdə Vətən, Qarabağ uğrunda Şəhid olublar. Musanın Şəhidliyi 35, Turalın Şəhidliyi isə 69 gündən sonra təsdiq olunub və Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunublar. Övladlarımız ölümlərindən sonra Müzəffər Ali Baş Komandanımız kimi, tərəfinizdən iki medalla təltif olunub.

İki oğlu şəhid olan ailə dövlət başçısına müraciət etdi - Foto

Cənab Prezident, arzu edirik ki, övladlarımızdan heç olmasa biri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülsün. Eyni zamanda, Şəhidlərimizin adlarının, xatirəsinin əbədiləşdirilməsini və bununla bağlı müvafiq qurumlara, o cümlədən, Mingəçevir Şəhər İcra Hakimiyyətinə tapşırıq və göstərişlər verməyinizi istəyir və xahiş edirik. Çox istərdik ki, Mingəçevirdəki küçələrdən birinə Musa və Tural Həsənovların adı verilsin. Həmçinin, Şəhidlərimizin vaxtilə getdikləri və hazırda da Musanın tək qız övladının getdiyi ( həm də ciddi təmirə ehtiyacı olan) 8 saylı uşaq bağçasına Şəhidlərimizin adı verilsin”,- deyə müraciətdə bildirilir. Şəhid valideynləri sonda vətən yolunda canlarını vermiş övladları ilə qürur duyduqlarını, Ali Baş Komandanı dəstəklədiklərini bildirərək, qələbə münasibətilə təbrik ediblər.

“Öncədən də özümüz, ailə üzvlərimiz adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi, gözəl ailənizi, Dövlətimizi, Xalqımızı, Qalib və Müzəffər Ordumuzu, İgid Əsgərimizi qorusun!”

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »