Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanla yumşaq danışmaq və Qarabağı vaxtında qaytarmaq lazım idi” - Ter-Petrosyan
Xankəndi

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun komandasını ən çox tənqid edənlərdən biri ölkənin ilk prezidenti Levon Ter-Petrosyandır.

Keçmiş dövlət başçısı indiki hakimiyyəti bacarıqsız adlandırıb. Ter-Petrosyan Paşinyan komandasının zamanında Qarabağı Azərbaycana qaytarmaq imkanını əldən verdiyini, məhz buna görə böyük məğlubiyyətə uğradığını deyib.

Levon Ter-Petrosyan Levon Ter-Petrosyan

Bizimyol.info xəbər verir ki, Paşinyan Ermənistanın ilk prezidentinin ittihamlarına cavab verib. Baş nazir vəzifəsini icra edən hökumət rəhbəri Ter-Petrosyanın onu tənqid etməyə haqqı olmadığını bildirib.

“O bizə Qarabağı Azərbaycana verməyi təklif edir. Bununla da mövzunun bağlanmasını istəyir. Amma bizi ittiham etməyə haqqı olduğunu düşünür”.

Paşinyan Ermənistanın “Daşnaksutyun” Ermənistan İnqilab Federasiyasının ittihamlarına da reaksiya verib. Hökumət rəhbəri quruma 1918-1920-ci illəri xatırladıb. Paşinyan Batum və Gümrü müqavilələrinə imza atmağı satqınlıq adlandırıb.

Məhz Gümrü müaviləsini Türkiyə ilə “Daşnaksutyun” hökumətinin nümayəndələri imzalamışdı. 1920-ci ilin dekabrında baş tutan sülh anlaşmasına görə, Ermənistan Osmanlı torpaqlarına iddiadan əl çəkməliydi. Türkiyə müqavilə sayəsində Qafqaz respublikası ərazisində hərbi tədbirlər görmək imkanı əldə edirdi.

Batum müqaviləsi Osmanlı ilə hər üç Qafqaz ölkəsi arasında ayrı-ayrılıqda 1918-ci il iyunun 4-də bağlanmışdı. Osmanlı bununla da 1828-ci il sərhədlərini bərpa etməyi bacarmışdı. Ermənistanın ilk prezidenti hər iki müqavilənin ölkəsinə zərər vurduğunu fikirləşir.

Levon Ter-Petrosyan hesab edir ki, Qarabağı qaytarmaqla Ermənistan Azərbaycandan qondarma respublikanın ərazisi üçün xüsusi status qopara bilərdi: “Biz siyasətdə çox vacib bir amili – zamanı nəzərə almadan məğlubiyyətə uğradıq. Bizim hökumət həmin məqamı tuta bilmədi”.

Ter-Petrosyan problemin mərhələli həllinin əhəmiyyətindən danışıb. Onun fikrincə, Laçını və Kəlbəcəri dərhal qaytarmaq lazım idi. Bu halda Laçın dəhlizinin Ermənistana qalmasına nail olmaq mümkün idi. Ter-Petrosyan Azərbaycanla yumşaq dildə danışmaqla sonrakı mərhələlərdə lazımi nəticələrə ümid bəslənilməli olduğunu bildirib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »