Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin nəzərinə: Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sürücülərin nəzərinə: Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu il 4-6 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri sürətlə davam edir.

Bizimyol.info Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, yarışa hazırlıq məqsədiylə yollar daraladılacaq və bu səbəblə sürücülərin daha diqqətli olması gözlənilir.

"4-6 iyun tarixlərində Bakıda baş tutacaq 5-ci Formula 1 Qran Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-u, səhər saat 07:00-da liftin quraşdırılmasına başlanacaq. Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə bu gecədən etibarən avtomobillərini parklamasınlar.

Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik."

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »