Macarıstanda iki nəfərdə koronavirusun Hindistan ştammı aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, Macarıstanın Səhiyyə Xidmətləri müdiri Sesilia Müller xəstələrdən birinin xəstəliyi yüngül keçirdiyini, digərinin isə müalicəsinin xəstəxanda davam etdiyini bildirib.
O, yeni ştammlarla yoluxmanın artmasına diqqət çəkərək, əhalini vaksinasiyadan keçməyə çağırıb.