Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
İlham Əliyev
S28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı bir əsrdən çox bundan əvvəl öz vətəndaşlarına əsas hüquq və azadlıqları təmin edən demokratik dövlət kimi inkişaf yolu seçib.

Müasir müstəqil Azərbaycanın sakinləri öz əcdadlarının ideallarından və dəyərlərindən ruhlanaraq 1918-ci il hadisələrini ölkənin dövlət quruculuğu üçün fundamental hadisələr hesab edirlər. Azərbaycanın bugünkü fasiləsiz iqtisadi və sosial inkişafı, dünya geosiyasi arenasında onun rolunun artması bu təmələ əsaslanır. Azərbaycanlılara xas olan vətənpərvərlik, milli qürur və əməksevərlik respublikanın hərtərəfli tərəqqisini təmin edir, onun sənaye, texnoloji, mədəni və insan potensialını tam həcmdə reallaşdırmağa kömək edir.

Hörmətli İlham Heydər oğlu, Sizə doğma ölkənizin və onun vətəndaşlarının rifahı naminə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

***

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, sülh və rifah diləklərimi sizə çatdırmaq istəyirəm.

Bu əlamətdar gündə Rumıniya ilə Azərbaycan arasındakı yüksək səviyyəli dialoq və əlaqələrin ikitərəfli strateji tərəfdaşlığın möhkəm təməli üzərində güclənəcəyinə əminliyimi ifadə edirəm. Nəqliyyat və enerji kimi strateji sahələr də daxil olmaqla, ikitərəfli iqtisadi əməkdaşlığın intensivləşdirilməsi və şaxələndirilməsi də ölkələrimiz arasındakı münasibətlərin mühüm istiqamətlərini təşkil edəcək.

Zati-aliləri, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz".

***

İspaniyanın Kralı VI Felipedən:

"Cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiramımı bildirirəm".

***

Peru Respublikasının Prezidenti Fransisko Rafael Saqasti Oçauslerdən:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Peru Hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə hökumətimin siyasi-diplomatik dialoqun gücləndirilməsi, iqtisadi-ticari mübadilə və əməkdaşlıq yolu ilə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi istiqamətində çalışmaqda davam edəcəyini bir daha məmnunluqla bildirirəm.

Eyni zamanda, fürsətdən istifadə edərək bütün ölkələrdə səhiyyə və iqtisadiyyat sahələrinə təsir edən COVID-19 ilə mübarizədə Sizə uğurlar arzu edirəm. Əminəm ki, bütün ölkələrin birgə səyləri sayəsində universal ictimai məhsul xarakterli və effektiv peyvəndin tətbiq edilməsi ilə bu böhranın öhdəsindən gələcəyik.

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

Sizə bir daha ən dərin ehtiramımı bildirirəm".

***

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan:

"Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, Uca Allahdan Sizə cansağlığı, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.

Zati-aliləri, ölkələrimizi birləşdirən dostluq və həmrəylik bağlarının möhkəmliyindən məmnunluğumu, müxtəlif sahələrdə ümumi maraqlarımıza xidmət edən əməkdaşlığımızı inkişaf etdirmək və qardaş xalqlarımızın istəklərinin reallaşmasını arzuladığımızı bildirmək istərdim.

Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatına hazırkı sədrliyinizlə dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək hər şey barədə Sizinlə məsləhətləşməyə və əlaqələndirməyə davam etmək, davamlı inkişaf hədəflərinə nail olmaq üçün hazır olduğumu qeyd etmək istərdim.

Cənab Prezident, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikovdan:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın tədqiqat mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında yaranan, bu il 65 illiyini qeyd edən bizim beynəlxalq elmi tədqiqat təşkilatı ilə qarşılıqlı faydalı tərəfdaşlığın uğurlu inkişafının təminatı olan ənənəvi elmi-texniki əlaqələrin planlı şəkildə möhkəmlənməsində Azərbaycan Respublikasının rəhbərliyinin böyük rolunu məmnunluqla vurğulayıram.

Azərbaycanın və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun maraqları naminə qarşılıqlı beynəlxalq elmi fəaliyyətin aktual məsələləri, habelə kadr hazırlığı, gənc alimlərin və müvafiq ali məktəblərin məzunlarının elmə cəlb edilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidvar olduğumu bildirirəm.

Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik və yeni-yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayım".

***

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmiddən:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş salamlarımı və səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Cənab Prezident, ölkəmizin Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələri daha da möhkəmləndirməyə sadiqliyini bir daha təsdiq edirəm. Ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə tam əminəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, eləcə də qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanidən:

Təbrikdə deyilir: "Zati-aliləri.

Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Əfqanıstan xalqı adından Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyiniz sayəsində daha sürətlə inkişaf edəcək. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına sadiqliyimizin təzahürüdür.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

***

Lüksemburqun Böyük Hersoqu Anridən:

"Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin rifahınız və Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə ən xoş arzularımı çatdırıram".

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »