Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan eks-prezidentə cavab verdi
Nikol Paşinyan

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanın Qarabağla bağlı fikirlərinə reaksiya verib.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Paşinyanın sözlərinə görə, Ter-Petrosyan İrəvanın son illərdəki siyasətini tənqid edir, lakin bu gün problemin həllini necə görməsindən bəhs etmir.

“Ancaq Ter-Petrosyanın fikirlərinə aydınlıq gətirilməlidir. O, bizə Qarabağdan getməyi və mövzunu bağlı hesab etməyi təklif edir. Ancaq bu gün nədənsə onu yox bizi günahlandırırlar”, - deyə N.Paşinyan bildirib.

Nikol Paşinyan həmçinin “Daşnaksütyun” Partiyasını da sərt tənqid edib. Onun sözlərinə görə, 1918 və 1920-ci illərdə Batumi və Aleksandropol müqavilələrini imzalayan partiya hazırkı hakimiyyəti xəyanətdə ittiham edir.(oxu.az)

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »