Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi keçmiş arvadına 17 bıçaq zərbəsi vurub
Bıcaqlama

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə hadisə mayın 27-dən 28-nə keçən gecə 3 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu ailə məişət zəminində aralarında yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı, həmkəndlisi, 1975-ci il təvəllüdlü Xanəliyeva Rəna Allahqulu qızına 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar. Onların boşanmasından artıq 10 il ötüb. Hadisədən əvvəl isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.

Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xətəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Xanəliyevanın 2 övladı var.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.(report)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »