Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvandakı mövqelərimiz atəşə tutuldu: “Ermənistan çalışır ki, Azərbaycan hücum etsin”
Naxçıvanın Kərki kəndi

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Məlumatda bildirilir ki, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb.

Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

“Ermənistanda seçki öncəsi daxili siyasi vəziyyətin mürəkkəbləşməsi və Azərbaycanla dövlət sərhəddində delimitasiyadan yayınaraq terror-təxribat hallarına yol verməsi gözlənirdi. Həmçinin Azərbaycana qarşı hücum planı da masada olub”.

Bu fikirləri MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, növbəti dəfə də təxribatların baş verməsi mümkündür.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Ermənistan çalışır ki, Azərbaycan hücum etsin, sonra ABŞ, Fransa və Rusiyanın kəskin reaksiyası ilə üzləşsin. Məhz N.Paşinyanın dövlət sərhəddində hər iki tərəfin öz silahlı qüvvələrini geri çəkməsi, ABŞ və Fransanın iştirakı müşahidəçilərin yerləşdirilməsi təklifi buna əsaslanır. Hazırda N.Paşinyan Rusiyanın fəaliyyətindən narazı olaraq ABŞ və Fransanı prosesə cəlb etməyə çalışır. Qeyd edim ki, iki ölkə arasında sərhədlərin delimitasiyasında Azərbaycan üçüncü qüvvələrin iştirakını qəbul etməməli və yalnız əldə olunan xəritələrə əsasən buna getməlidir.

Bundan əlavə, Rusiya da Azərbaycanı KTMT üzv etmək üçün Ermənistanla bütün sərhəd boyunda vəziyyəti gərginləşdirməyə çalışacaq. Azərbaycana qarşı bu kimi təzyiqlər davam edir. Azərbaycan Minsk qrupunun fəaliyyətinə icazə verməməli və Türkiyə ilə birgə fəaliyyətini genişləndirərək Türkiyə hərbi bazasının yaradılmasına gedilməlidir. Demək olar ki, Ermənistanla müharibə vəziyyətinə gəlmişik. Rusiya məhz vəziyyətin hazırkı situasiyada davam etməsində maraqlıdır”.

Leyla Mirzə

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »