Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim vaksinlə bağlı yaranan sualları cavablandırdı
Həkim vaksinlə bağlı yaranan sualları cavablandırdı

Operativ Qərargahın 25.05.2021 tarixli brifinqindən sonra vaksinin bundan sonrakı həyatımızda nə dərəcədə vacibliyini anladıq.

Başa düşdük ki, könüllü olaraq vurulması məsləhət görülsə də, “Covid” pasportu olmayan şəxslər iş yerlərinə, idman zalına, toya, konsertə və s. məkanlara buraxılmayacaq. Bu qərardan sonra xəstəxanaların qarşısına növbələr yarandı və indiyə qədər olmayan qədər sayda, yəni, 40 mindən çox insan 1 günün içərisində vaksin vurdurdu.

İlk gündən bəri həkimlər vaksinlə bağlı məlumatlar versə də, hələ insanlarda qorxu və narahatlıq var. Həkim Şahin Məmmədov vətəndaşları vaksinlə bağlı narahat edən bəzi sualları cavablandırıb:

Şahin Məmmədov Şahin Məmmədov

- İmmun çatışmazlıqlı insana covid vaksini vurulması təhlükəlidirmi?

- İmmun çatışmazlıqlı insan dedikdə kimya, şüa terapiyası alan onkoloji xəstələr, ağır şəkərli diabet, QİÇS, anadangəlmə immun çatışmazlığı sindromları, orqan köçürülmüş xəstələr və autoimmun xəstəliklərə görə təyin olunmuş immun supressant dərman qəbul edən xəstələr nəzərdə tutulur.  Onlara vaksin vurulması təhlükəli deyil, aseptik şəraitdə vurulubsa, digər insanlarda olduğu kimi əlavə təsirlərin görülməsi istisnadır. Amma bu qrup xəstələrdə vaksin işə yaramaya bilər. Vaksinin onlarda covidə qarşı immunitet yaratma ehtimalı azdır. Ona görə hətta tam vaksinasiya olunmuş immun çatışmazlıqlı xəstələr covidə qarşı özlərini ciddi qorumağa davam etməlidirlər.

- Nəyə görə şəkərli diabet xəstələrində immunitet zəifdir?

- Qlükoza hüceyrə daxilinə keçməsi üçün insulin adlı hormon lazımdır. Sanki bu hormon hüceyrə üzərində qlükoza üçün nəzərdə tutulmuş qapıların açarıdır. Bu qrup xəstələrdə qlükoza hüceyrə içərisinə keçə bilmir. Çünkü ya insulin çatışmır (1-ci tip), ya da hüceyrələr insulini sayıb hesaba qoymur (2-ci tip). Açar ya yoxdur, ya da işləmir. Hər bir hüceyrə iş görə bilmək üçün qidalanmalıdır. Diabet xəstələrində bütün hüceyrələr kimi immun hüceyrələrə də qlükoza girə bilmir. Yəni qidalana bilmirlər. Elementar dildə desək, immun hüceyrələr acqarına olduqları üçün öz işini keyfiyyətli görə bilmir.

Leyla Mirzə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »