Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vaksin lotereyası”nda bir milyon dollar qazandı - Video
“Vaksin lotereyası”nda bir milyon dollar qazandı - Video

ABŞ-ın Ohayo ştatında vaksin olunanlar üçün lotereyanın ilk qalibləri məlum olub. Belə ki, Silvertondan olan Ebiqey Buyenske bir milyon dollar (1 700 000 manat) udub, Enqlvuddan olan məktəbli Cosef Kostello isə gələcək təhsili üçün tam ödəniş qazanıb.

Bu barədə “NBC News” xəbər verib.

Qubernator Mayk Devayn bəzi insanların bu fikri sərsəm və pul israfı kimi qəbul etməyinə baxmayaraq, vaksinasiya lotereyası ilə bağlı elandan dərhal sonra ştatda peyvənd vurduranların sayında birdən -birə 28 faiz artım olduğunu bildirib.

Qeyd edək ki, vaksin vurduranlar üçün “Vax-a-Million” lotereyası qubernator Deyvaynın təşəbbüsü ilə başladılıb. Ən azı bir peyvənd alanlar avtomatik olaraq iştirakçılar siyahısına daxil edilir. Qaliblər 23 iyuna qədər hər çərşənbə günü elan ediləcək. Ümumilikdə on nəfər mükafat alacaq: beş yetkin və beş yeniyetmə.

Oxşar lotereyalar Nyu-York və Merilend ştatlarında da başladılıb.

Nyu-Cersi və Konnetikut ştatlarında isə hökumət bar və pivə zavodları ilə müqavilə bağlayıb: yaxınlarda peyvənd alan hər bir sakin pulsuz içki içmək hüququna malikdir.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »