Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Perunun rəsmi qəzeti: 103 illik müstəqillik
Məmməd Talıbov

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Azərbaycan: 103 illik müstəqillik və demokratiya” başlıqlı məqalə dərc olunub.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, məqalədə Azərbaycan xalqının müstəqil dövlət qurmaq vizyonu sayəsində 103 il bundan öncə müsəlman Şərqində ilk demokratik, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsasının qoyulduğu bildirilir.

Azərbaycan tarixinin ən parlaq və əlamətdar səhifələrindən biri olan AXC-nin özünün qısa mövcudluğu dövründə dövlət quruculuğu və xalqın rifahının yaxşılaşdırılması istiqamətində demokratik dəyərlərə söykənən xeyli sayda mütərəqqi addımlar atdığı, bu xüsusda millət, irq, din və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar təmin etdiyi, eləcə də əksəriyyət etibarilə müsəlman əhalidən ibarət ölkələr arasında qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə keçdiyi məlumat verilir.

Qeyd olunur ki, bolşevik işğalına məruz qaldıqdan 71 il sonra Azərbaycan apardığı azadlıq hərəkatı nəticəsində öz müstəqilliyini bərpa etmiş və AXC-nin ən fundamental dəyərlərini miras olaraq qəbul edərək qoruyub saxlamışdır.

Sonra qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altnda bütün sahələrdə önəmli uğurlara imza atdığı, bu gün isə Prezident İlham Əliyevin səmərəli siyasi və iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi və dünyadakı nüfuzunu getdikcə daha da artırdığı söylənilir.

Yazıda həmçinin müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, habelə beynəlxalq reytinq agentliklərinin hesabatlarında ön sıralarda yer alması haqda məlumat verilir.

Bununla yanaşı, ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafında da önəmli rol oynadığı, bu mövzu üzrə son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi və adı çəkilən məsələdəki önəmli töhfələri sayəsində Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı diqqətə çatdırılır.

Sonda 30 ilə yaxın müddətdən sonra işğalda olan əzəli torpaqlarını azad etmiş və hazırda bütün səylərini bu ərazilərin yenidən inşa edilməsi və 1 milyona yaxın məcburi köçkünün öz evlərinə qayıtmasına yönəltmiş Azərbaycanın bu gün xələfi AXC-nin layiqli davamçısı kimi 28 May – Respublika gününü fəxarət hissi ilə qeyd etdiyi bildirilir.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »