Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” Messiyə 10 illik müqavilə təklif etdi
Messi

İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messiyə on illik müqaviləni imzalamağı təklif edib.

Bu barədə “Catalunya Radio” xəbər verir.

Bildirilir ki, müqavilənin şərtlərinə əsasən, Messi daha iki mövsüm klubun şərəfini qoruyacaq. Bundan sonra argentinalı oyunçu “Barselona”nın səfiri qismində üç il ərzində ABŞ-ın MLS liqasında çıxış edəcək.

Müqavilənin qalan 5 ili ərzində Messi “Barselona”nın strukturunda vəzifələrin birini tutacaq. Qeyd olunur ki, kataloniyalılar argentinalı hücumçu ilə müqavilənin uzadılması məsələsində nikbindir.

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci il tarixində bitir. Otuz üç yaşlı futbolçu bütün karyerasını klubunda oynayıb. Messi “Barcelona”nın heyətində dörd dəfə Çempionlar Liqası Kubokunun sahibi olub.(report)

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »