Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə...
Levon Ter-Petrosyan

Ermənistanda daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsinə çevrilmək həddindədir.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Ter-Petrosyanın qeyd etdiyi kimi, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında aşkar şəkildə antaqonizm mövcuddur. Və o, bu düşmənçiliyin qarşısı alınmasa, nə olacağını təsəvvür etməyə qorxur. Keçmiş dövlət başçısı hesab edir ki, hər iki tərəf ölüm-qalım məsələsini həll edir.

Onun fikrincə, siyasi mənada 27 siyasi qüvvənin parlament seçkilərində iştirak etməsi üçün qeydiyyata alınması normal deyil. Parlament idarəetmə sistemi olan dövlətlərin maksimum 2-3 güclü partiyası olmalıdır. Onlar vaxtaşırı bir-birini əvəz etməli, dövlət düşüncəsinə malik olmalı və ölkəni sarsıntılara gətirməməlidirlər.

Ter-Petrosyan əmindir ki, Ermənistan üçün parlament idarəetmə sistemi ölüm deməkdir. Və mütləq idarəetmənin Prezident formasına qayıtmaq lazımdır. O, parlament sisteminə keçidi üçüncü prezident Serj Sarqsyanın ən böyük səhvi adlandırıb.

Sabiq dövlət başçısı xatırladıb ki, bundan əvvəl o, Koçaryana və Sarqsyana Paşinyanı devirmək məqsədilə seçkidə birgə iştirak təklif etmişdi. Ter-Petrosyan hesab edir ki, bu, Paşinyandan xilas olmaq üçün ən ağıllı yol idi, amma ikinci və üçüncü prezidentlər bu təklifi rədd etdilər.

İndi isə belə düşmənçilik və hərc-mərclik fonunda Ter-Petrosyan vəziyyətin inkişafının bir neçə mümkün variantını sadalayır. Ya Paşinyan, ya da Koçaryan qalib gəlir ki, bu da hər ikisi ilə bağlı az ağlabatandır. Başqa variantda isə rəngarəng mənzərə yaranır: heç kim əksəriyyət qazana bilmir və ölkə siyasi böhranların burulğanına düşür. Bu halda parlament ittifaqları, bir qayda olaraq, möhkəm olmurlar.

Bununla yanaşı, Ermənistanın birinci prezidenti qeyd edib ki, digər partiyalardan fərqli olaraq, onun proqramı lakonikdir və yaranmış vəziyyətin tənzimlənməsinə yönəlib.

"Hazırda bütün partiyalar bu və ya digər sahələrdə islahatların qeyd olunduğu geniş proqramlar, xarici siyasətin vizionunu təqdim edirlər. Belə bir sənədi bizə də gətirmişdilər. Uşaqlara dedim ki, atın kənara”, - deyə Ter-Petrosyan bildirib.

O, bütün bunların parlamentdə çıxış etmək üçün yaxşı mövzu olduğunu bildirib, amma qeyd edib ki, əslində isə bu gün ölkəni bürümüş yanğının söndürülməsi daha vacibdir. Ermənistanın ilk prezidenti mövcud vəziyyəti 90-cı illərin əvvəlləri ilə müqayisə edib. Onun sözlərinə görə, dövlət maşını, indi olduğu kimi, o vaxt da dağılmışdı, idarəetmə sıfır səviyyəsindəydi, polis yox idi, yerli özünüidarə orqanları yox idi, məhkəmələr işləmirdi...

Ter-Petrosyanın fikrincə, Ermənistanı çox kədərli günlər gözləyir.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »