Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş
Ötən gün düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Sultan Şahvələdov bu il fevral ayının 9-da Murovdağda qar uçqununa düşən 3 əsgərin həyatını xilas edib.

azvision.az-a istinadən bildirir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.

"Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi".

Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.

Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
Son xəbərlər
Bütün xəbərlər »