Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin nəzərinə: Yollar daraldılacaq - Foto
Sürücülərin nəzərinə: Yollar daraldılacaq - Foto

Bu il 4-6 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri sürətlə davam edir.

Bizimyol.info Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, yarışa hazırlıq məqsədiylə yollar daraladılacaq və bu səbəblə sürücülərin daha diqqətli olması gözlənilir.

"Şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik."

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »