Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın ərazimizi minalaması məsələsi beynəlxalq təşkilat qarşısında qaldırılıb
Erməni dversantlar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüş keçirib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüşdə Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrinin verilməməsinin Azərbaycan üçün hələ də ciddi problem olaraq qaldığını qeyd edib.

Səbinə Əliyeva Səbinə Əliyeva

Ombudsman iki ölkə arasında hərbi əməliyyatlara son qoyulmasını təsdiq edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində cinayətlər törətməkdə təqsirli bilinərək saxlanılmış və barələrində istintaq aparılan Ermənistandan olan silahlı qrupun üzvlərinə bir neçə dəfə baş çəkdiyini, nəticələrlə bağlı müvafiq beynəlxalq təşkilatlara ad hoc hesabatlar göndərildiyini bildirib.

Ombudsman deyib ki, mayın 24-dən başlayaraq Ermənistan tərəfinin atəşkəsi pozması yenidən münaqişə ocağı yaratmağa yönələn və insan hüquqlarını təhdid edən cəhd olaraq narahatlıq yaradır. Ombudsman həmçinin mayın 27-si gecə saatlarında Ermənistanın minalama fəaliyyəti həyata keçirən növbəti təxribat-diversiya qrupunun ölkəmizin ərazisinə keçmə cəhdinin qarşısının alındığını bildirib.

Ombudsman dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlar qarşısında Ermənistanın bu və ya digər hüquq pozuntuları ilə bağlı məsələ qaldırıldığını vurğulayıb. Qeyd olunub ki, bu cür addımlar 30 ilə yaxın davam etmiş işğala son qoyan Vətən müharibəsindən sonra bölgədə sülhün bərqərar olmasına ciddi maneədir.

BQXK-nın ölkə üzrə nümayəndəsi A.Bauer qəbula görə təşəkkür edərək, Ombudsmanın münaqişə və münaqişədən sonrakı dövrdə yayımladığı hesabatları ilə yaxından tanış olduğunu bildirib. O, iki qurum arasındakı birgə əməkdaşlıqdan danışaraq gələcəkdə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Yekunda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »