Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korotçenko: “Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini vermək istəmədiyi kimi, sərhəd xətlərinin müəyyən olunmasını da istəmir”
İqor Korotçenko

“Ermənistanın bu təxribatı çox təhlükəlidir. Çünki iki diversiya qrupunu Azərbaycan ordusunun arxa cəbhə ilə təminat yolunu minalamaq tapşırığı ilə göndərmək ikinci Qarabağ müharibəsindən bu yana nümunəsi olmayan hadisədir”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

“Ermənistanın son diversiya təxribatı cəhdinin tarixi təsadüfi seçilməyib”

O, Ermənistan tərəfinin diversiya təxribatının tarixinin təsadüfi seçilmədiyini söyləyib: “Biz Ermənistanın aryı-ayrı kiçik sərhəd insidentləri ətrafında böyük səs-küy yaratmaq səylərini görürük. Güman edirəm ki, Ermənistanın son diversiya təxribatının tarixi də təsadüfi seçilməyib. 28 May-Azərbaycanın Respublika Günü ərəfəsində bu diversiya aktının törədilməsinə cəhd təsadüfi deyil. Ermənistan tərəfinin guya Azərbaycan tərəfinə əsir düşən 6 hərbçisinin diversant olmadığı, mühəhdis tapşırığını yerinə yetirən dinc hərbçilər olması barədə bəyanatı absurddur. Gecə saat 3-də mühəndis tapşırığı yerinə yetirilmir, həm də başqasının ərazisində...Bu axmaqlıdır. Gecə saat 3 radələri, dövlət sərhədini gizli keçmək, diversiya, terror aktı törətmək üçün ən əlverişli vaxtdır. Ermənistan tərəfi bununla nəyə ümid edirdi? Aydındır ki, İrəvan bu addımı ilə İkinci Qarabağ müharibəsindəki uğursuzluğunun kompensasiya olunacağına ümid edirdi. Görünür ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahındakı müəyyən revanşist qüvvələr bu əməliyyatı ona görə planlaşdırıblar ki, öz imiclərini düzəltsinlər. Əlbəttə ki, diversiya aktı baş tutsaydı, Ermənistan öz günahını etiraf etməyəcəkdi. Lakin öz cəmiyyətinə mesaj göndərəcəkdi ki, uğurlu əməliyyat keçiriblər. Başa düşmək lazımdır ki, Azərbaycan sərhədçiləri, hərbçiləri gecə görmə cihazları, teplovizorlarla ilə sərhəddə vəziyyəti nəzarətdə saxlayırlar. Ona görə də, azərbaycanlı hərbçilər uğurlu əməliyyat keçirərək diversantları ələ keçiriblər. Bir daha qeyd edirəm ki, gecə saat 3-də şəxsi heyət yatır, heç bir mühəndis işi aparılmır. saxlanılanlar erməni diversantlar olublar. Əlbəttə ki, Ermənistan tərəfinin bu əməliyyatı Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı sayəsində fiaskoya uğrayıb”.

“Əgər Ermənistanın bu gün törətməyə cəhd etdiyi diversiya aktı baş tutsaydı...”

İ.Korotçenko Ermənistan üçün Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası mövzusunun qəbuledilməz olduğunu bildirib: “Ona görə də, bu mövzu siyasiləşdirilib. Paşinyanın rəqibləri məlum məsələ ilə bağlı danışıqları onun zəifliyi və Ermənistanın mövqelərini əldən verməsi kimi qələmə verirlər. Əgər Ermənistanın bu gün törətməyə cəhd etdiyi diversiya aktı baş tutsaydı, Azərbaycan-Ermənistan sərhədinin dəqiq xəttinin müəyyən olunması məsələsi bir neçə ay müddətinə siyasi gündəmdən çıxacaqdı. Xoşbəxtlikdən bu baş vermədi. Ermənistan istəyir, ya istəməsin, ötən əsrin 70-ci illərin ortalarındakı sovet xəritələrinin əsasında Azərbaycanla sərhəd xəttinin müəyyən olunmasına məcbur olacaq. Harada ki, Ermənistan SSR ilə Azərbaycan SSR-nin sərhədləri dəqiq göstərilib. Sərhədlə bağlı məsələni Ermənistan həll etməlidir. Lakin Ermənistan bu məsələni həll etmək istəmir. Niyə? Ona görə ki, Ermənistan Birinci Qarabağ müharibəsindən, işğaldan sonra ümumiyyətlə sərhəd xəttini tanımırdı. İşğal altındakı Azərbaycan ərazilərinin maddi və təbii sərvətlərini talayırdı. İndi isə Ermənistandan sərhəd xəttinin müəyyən edilməsi tələb olunur. Təbii ki, bu Ermənistan tərəfində kollektiv beyin partlayışına səbəb olub. Onlar təsəvvür edə bilmirlər ki, 30 il ərzində oğurladıqları, talan etdikləri Azərbaycanın maddi, təbii sərvətlərindən məhrum olacaqlar.

Təbii ki, bu məsələlərdə Ermənistandakı seçki öncəsi konteksti də nəzərə almaq lazımdır. Qarşıdan Ermənistanda növbədənkənar parlament seçkiləri gəlir. Qarabağ klanı ilə Paşinyan arasında qızğın mübarizə gedir. Onlar bir-birilərini Ermənistanın maraqlaırını müdafiə etməməkdə günahlandırırlar. Əgər Ermənistanın Kəlbəcər rayonundaki diversiya cəhdi baş tutsaydı, o zaman bu, Paşinyanın siyasi şanslarını Ermənistan cəmiyyətinin revanş əhval-ruhiyyəli qisminin gözündə artırardı”.

“Kreml və XİN İrəvana bu cür təhlükəli təxribatların qarşısının alınacağı barədə dəqiq siqnal verəcək”

Rusiyalı hərbi ekspert ölkəsinin məlum məsələ ilə bağlı mövqeyinin birmənalı olduğunu vurğulayıb: ”Moksvanın sərhəd insidentləri ilə bağlı mövqeyi ölçülüdür. Bu mövqe ondan ibarətdir ki, hazırda baş verən problemlər istisnasız olaraq siyasi-diplomatik yolla həll edilməlidir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasi və demarkasiyası barədə prezident Putin və xarici işlər naziri Lavrov da çıxış edib. Bir sözlə, Rusiya Cənubi Qafqazda hərbi gərginliyin artmasında maraqlı deyil. Ümid etmək istəyirəm ki, Kreml və XİN İrəvana bu cür təhlükəli təxribatların qarşısının alınacağı və təkrarlanmaması barədə dəqiq siqnal verəcək”.

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasi və demarkasiyası Cənubi Qafqazda sabitlik və sülh deməkdir”

İ.Korotçenko Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası niyə görə vacib olduğu sualına da aydınlıq gətirib: “Sərhəd xətlərinin dəqiq müəyyən olunması sabitlik deməkdir. Bu, kimin hansı tərəfdə olması, sərhəd insidentlərinin mümkünlüyün istisna olunması deməkdir. Bir sözlə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasi və demarkasiyası Cənubi Qafqazda sabitlik və sülh deməkdir. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini vermək istəmədiyi kimi sərhəd xətlərinin müəyyən olunmasını da istəmir. Ermənistandakı müəyyən qüvvələr hər zamanki kimi revanşa, xaosa ümid edirlər. Onlar üçtərəfli bəyanatların şərtlərini yerinə yetirmək, Azərbaycanla Naxçıvan arasında dəhlizin yaradılmasını istəmirlər. Həmin qüvvələr Ermənistanı siyasi və tarixi dalana aparırlar. Təəssüflər olsun ki, həmin qüvvələr bu gün ölkədə hakimiyyət uğrunda mübarizə aparırlar. Hesab edirəm ki, Rusiya bütün riskləri nəzərə alıb, öz nüfuzundan istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini tezliklə həll olunması üçün Ermənistana təzyiq edəcək”.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »